Kamran Həsənlinin bacısı da ittiham olunur

mar-30
11:04 2016
Kamran Həsənlinin bacısı da ittiham olunur





















Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət işi başlanıb

Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar özünə vəkil tutub.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

C.Yusifov müğənninin onunla müqavilə bağladığını bildirib:

“Bu gün Samir Piriyevlə müqavilə bağladıq. Aprelin 2-də bu işlə əlaqədar mətbuat konfransı da keçirəcəyik. Orada maraqlı açıqlamalar olacaq. Samir Piriyevlə Kamran Həsənli arasında növbəti səs yazıları ictimaiyyətə təqdim olunacaq. Hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də bu işdə əlinin olması faktlarla göstəriləcək”.

Bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib.

Hazırda faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər