“Türkiyəni terrora dəstək verən ölkə kimi göstərmək...” - Ərdoğan

sen-17
21:14 2014
“Türkiyəni terrora dəstək verən ölkə kimi göstərmək...” - Ərdoğan














Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsnaf və Sənətkarların 19-cu konfransında çıxışı zamanı bir çox ölkələrin Türkiyəni terrora dəstək verən ölkə kimi qələmə vermələrindən danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, prezident Türkiyəni psixoloji təzyiqlərə məruz qalmayacaq qədər böyük ölkə adlandırıb. O, qeyd edib ki, bu səbəbdən də Türkiyəni terrora dəstək verən ölkə kimi göstərmək axmaqlıqdır.

Dövlət başçısı həmçinin İŞID tərəfindən girov saxlanılan diplomatlara da diqqət çəkərək bildirib ki, 49 insanın həyatının hər şeydən önəmlidir: “Odur ki, Türkiyəni terrora göz yuman ölkə kimi tanıtmaq ədəbsizlikdir. Danışarkən diqqətli olmalıyıq”.
Prezident bölgədəki bütün təzyiqlərə baxmayaraq, Türkiyə iqtisadiyyatının sabit formada inkişaf etdiyini və ötən il avtomobil satışının rekord həddə çatdığını qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər