Türkiyə kəşfiyyatı şok terror planını üzə çıxardı

mar-27
16:14 2016
Türkiyə kəşfiyyatı şok terror planını üzə çıxardı





















Terrorçular ABŞ səfirliyi və konsulluğunu partlatmağı planlaşdırıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) DHKP-C terror təşkilatının ölkədəki ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktı planlaşdırdığını üzə çıxarıb.

Xeberci.info xəbər verir ki, APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, DHKP-C-nin “inqilab şəhidləri həftəsi” elan etdiyi 30 mart - 17 aprel tarixlərində ABŞ səfirliyi və konsulluğuna hücum təşkil etməyi planlaşdırır.

ABŞ səfirlik və konsulluğu ilə bərabər DHKP-C terror təşkilatının hədəfləri sırasında Hakim Ədalət və İnkişaf Partiyasının təşkilatlarının binaları, hakim və prokurorlar da var. MİT DHKP-C-nin terror aktlarını Harika Kızılkaya, Ebru Yeşilırmak, Sercan Arslan, Çağrı Avcı, Özlem Pembe Olgun, Bilgehan Karpat, Hakan Karabey, Ünal Çimen, Ümit Çimen və Nadir Çınarı adlı terrorçular vasitəsi ilə həyata keçirə biləcəyi barədə də xəbərdarlıq edib. Bu terrorçuların fotoşəkilləri ölkə üzrə polis bölmələrinə paylanıb.

Xəbərdarlıqda müxtəlif vaxtlarda DHKP-C terrorçuları əleyhinə qərarlar vermiş hakim və prokurorların mühafizəsinin gücləndirilməsi təlimatı da yer alıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər