Təhsil Nazirlyində daha bir təyinat

sen-19
10:47 2013
Təhsil Nazirlyində daha bir təyinat

Yeni İnformasiya şöbəsi yaradılıb

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Təhsil Nazirliyində aparılmış struktur islahatları nəticəsində Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və onların əvəzində yeni İnformasiya şöbəsi yaradılıb.
Təhsil Nazirliyi dünən Modern.az saytının sorğusuna cavab olaraq İnformasiya şöbəsinin müdir müavinin adını açıqlayıb. Bu, yaxın günlərədək İctimai Televiziyada çalışmış Cəsarət Valehovdur. O, İnformasiya şöbəsinin müdir müavini olmaqla yanaşı, həm də bu şöbənin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri təyin edilib.

Bəs İnformasiya şöbəsinin müdiri kimdir?
Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun bir müddət öncə imzaladığı əmrlə Elnur Əliyev İnformasiya şöbəsinə müdir təyin olunub.

Xatırladaq ki, bu yaxınlaradək Təhsil Nazirliyinin ictimaiyyət və mətbuatla işini Bayram Hüseynzadə həyata keçirirdi. İctimaiyyətlə əlaqələr şöbəsi ləğv ediləndən sonra Bayram Hüseynzadə vəzifəsini itirdi. İndi o, nazirliyin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru qalıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər