Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində Seyidməmməd Məmmədov yolu

mar-18
02:50 2016
Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində Seyidməmməd Məmmədov yolu

























Son vaxtlar Ağsuda Seyidməmməd Məmmədovun gəlişindən sonra əmək və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi vətəndaşlara diqqətin artırılması ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəyə göstərdiyi diqqət nəticəsində mərkəzdə və yerlərdə vətəndaşların süründürməçiliyinə yol verən şəxslər ciddi cəzalandırılıb, bu sahədə özbaşınalıq edənlər hətta məsuliyyətə də cəlb edilib

Ağsu rayon Əhalinin Sosial Müdafiə Mərkəzi xidmət etdiyi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.

Eyni zamanda Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödənilməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir.

Səhiyyə orqanları və digər əlaqədar təşkilatlarla birgə başqalarının köməyə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayan vətəndaşları aşkar edir, onları sosial-məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər