İsmayıllı rayonu - sürətli inkişafın hərəkətverici qüvvəsidir

in-29
07:41 2016
Ölkədə aparılan məqsədyönlü, uğurlu islahatların və düşünülmüş siyasətin nəticəsində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və yüksələn xətlə gedir. Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələrin sırasına inamla daxil olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar İsmayıllı rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, İsmayıllı rayonuna da əhəmiyyətli pay düşmüşdür. İsmayıllılar Mirdaməd Sadıqovun başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. İsmayıllı rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Onu vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin 14 fevral 2013-cü il tarixli sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mirdaməd Sadıqovun İsmayıllıya gəlişindən sonra, İsmayıllı fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Mirdaməd Sadıqovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə İsmayıllıda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında İsmayıllının da adını çəkmək olar.

Ötən ilin uğurla başa çatdığı, cari ilin daha məsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edildiyi İsmayıllı rayonu bu gün inkişafının yeni mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan layihələrin icrası bölgədə sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib.

İsmayıllı xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraqlı məkana çevirib.

İsmayıllı rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün İsmayıllı ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər