Qaradağda “Bilik günü”

sen-16
20:12 2014
Qaradağda “Bilik günü”



















Dünən Qaradağ rayonunun bütün ümumtəhsil ocaqlarında “Bilik günü” böyük təntənə ilə qeyd olunub.

Rayon rəhbərliyinin də iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz olub.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edənlər mərhum prezident Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdilər. Məhz bu gündə təhsil sahəsini Prezident İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri kimi qeyd edilib. Bildirilib ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyini, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulanıb.

Qeyd edək ki, edək ki, hər il olduğu kimi bu il də Qaradağ rayonunda bəzi təhsil ocaqları yenilənib. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurlu icrası nəticəsində Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbinin sökülərək yenidən qurulub, Müşfiqabad qəsəbəsində 274 və Ümid qəsəbəsində 294 nömrəli orta məktəbləri üçün 20 əlavə sinif otaqları tikilərək istifadəyə verilib.

Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları, eləcə də 200 nəfər birincilərə də rayon İcra hakimiyyəti tərəfindən çantalar və məktəbli ləvazimatları təqdim olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər