Qaxda silsilə tədbirlər davam edir

mar-08
06:44 2016
Qaxda silsilə tədbirlər davam edir

















Rayonunun fəal qadınları mükafatlandırılıb

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də rayonumuzda bayram tədbiri keçirilmişdir.
Tədbirdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun müxtəlif sahələrində çalışan qadınlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev qadınları bayram münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq göstərməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. İcra başçısı əlavə etdi ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilmiş, qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirildi

Bədən Tərbiyəsi və İdman Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da yüksək səviyyədə qeyd olunmuşdur.İştirakçılar tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. İdman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam etdirilən toplantını giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmış, idman siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd etmişdir ki, azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır, bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviliyinə xidmət edir.
Tədbirdə çıxış edənlər idmançıları əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Sonda idman sahəsində fərqlənən məşqçi və idmançılara RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri,İdman və gənclər idarəsinin diplomları təqdim olunmuşdur.

Tasmalı kəndinə ilk dəfə təbii qaz verilib

Rayonumuzun yaşayış məntəqələrindən biri olan Tasmalı kəndinə ilk dəfə mavi yanacağın verilməsi münasibətilə tədbir keçirilmişdir. Mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən sakinlər Novruz bayramı ərəfəsində kəndə mavi yanacağın verilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.
RİH başçısı Musa Şəkililyev sakinləri təbrik edərək ölkəmizdə, o cümlədən bölgəmizdə sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində aparılan işlərdən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən söz açmışdır.
Sonda alqış sədaları altında kəndə mavi yanacağın verilməsini bildirən məşəl alovlandırılmışdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər