Kürdəmirdə yüksək səviyyədə tədbirlər keçirilir

mar-07
14:48 2016
Kürdəmirdə yüksək səviyyədə tədbirlər keçirilir


















Səyyar “ASAN xidmət” Kürdəmirdə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu martın 7-dən Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlayacaqdır.
“Asan xidmət”ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində, rayon təhsil şöbəsinin inzibati binasının qarşısında quraşdırılan elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu, mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Xidmətin əməkdaşları martın 19-dək Kürdəmirdə olacaq.

Kürdəmirin daha bir kəndinə təbii qaz verilib

Rayonun 2384 nəfər əhalisi olan Pirili kəndinin 307 abonentinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Pirili kəndinə təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 38346 p/metr metal boru və 6340 p/metr yeraltı polietilen boru xətti quraşdırılmışdır. Ümumilikdə isə 44686 metr müxtəlif diametrli metal və polietilen boru quraşdırılmışdır. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib. Respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 47 yaşayış məntəqəsi üzrə 17214 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 80,3 faizini təşkil edir Pirili kəndi artıq bizim 47-ci yaşayış məntəqəsidir ki, qazla təmin olunur. Rayonun Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Mehdili, Qoçulu, Dayıkazımlı və Axtaçı-Qarabucaq kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. 2015-ci ildə 22 kənd, cari ildə Pirili kəndi artıq 3-cü kənddir ki mavi yanacaqla təmin edilir. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Mərasimdə kənd ağsaqqalı Abdul Abdulov, ziyalı Hörmətəli Kərimov, kənd qadınları adından Roza Süleymanova çıxış edərək əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kənd sakinlərini təbrik edərək bildirib ki, Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə bağlıdır.Azərbaycanın siyasi, ictimai, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin qüdrəti, qayğısı hiss edilməsin. Ulu Öndərimiz böyük uzaqgörənliklə Azərbaycanın yaxın və uzaq gələcəyinə hesablanan neft, qaz və elektrik enerjisinin inkişafını ən vacib siyasi, iqtisadi və texniki məsələlərdən biri kimi qəbul edərək, bu problemlərin həllini daim diqqət mərkəzində saxlamış, ölkəmizin əsas sərvəti olan neft-qaz amilindən istifadə edərək müstəqilliyimizi dönməz, əbədi və sarsılmaz etmişdir. Heydər Əliyev siyasi kursu Azərbaycanda daimi bərqərar olmuşdur.Bu gün Ulu Öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı, Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft-qaz konsepsiyasının gerçəkləşməsi yolunda böyük işlər görməkdədir. Neft-qaz sektorunun dövlət idarəetməsində köklü iqtisadi islahatların aparılması daima Respublika rəhbərliyinin nəzarətində olmaqla uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yüksək diqqət və qayğısı rayonumuzda da öz həllini tapmaqdadır. Bunu elə bu günkü tədbirimizin timsalında da görmək olar.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Pirili kəndində səyyar qəbul

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Pirili kəndində növbəti səyyar qəbulu-görüşü keçirilib.
Bu görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Səyyar qəbulda iştirak edən kənd sakinlərindən İmran Kərimov, Usubəli Usubov və başqaları çıxış edərək kəndə gələn su kanallarının və kənddaxili su arxlarının lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , həmçinin kənddə örüş yerlərinin ayrılması zərurəti barədə müraciət etmişlər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd etdi ki, Pirili kəndində keçirilən hazırki səyyar-görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə əhali ilə təmasın daha sıx şəkildə qurulmasına dair qarşıya qoyduğu tələb və göstərişlərin daha bir bariz nümunəsidir. Ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair irəli sürülmüş Dövlət Proqramlarının uğurla həyata keçirilməsi Respublikamızın daim tərəqqi etməsinə , əhalinin rifah halının yaxşılaşmasına xidmət edən başlıca amillərdəndir.Odur ki, biz də həmin proqramda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizi sərf etməliyik.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yekunda rayonun Pirili kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Kürdəmirdə 17 mindən çox sakin tibbi müayinədən keçib

Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən, respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da tədbirlər planına uyğun olaraq fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır.
İki həftə ərzində 17 min 269 nəfər müayinədən keçib. Hər gün orta hesabla 1150-1200 nəfər müayinə olunur. Müayinədən keçənlərdən 1135 nəfəri ambulator, 186 nəfəri stasionar müalicəyə cəlb edilib. 64 nəfər isə Bakı şəhərinə ixtisaslaşmış klinikalara göndərilib.
Sakinlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, uşaq xəstəxanasında, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 13 həkim ambulatoriyasında aparılır. İxtisaslı həkimlərdən təşkil olunan səyyar briqada da hər gün qrafik üzrə yerlərdə olur, imkanı olmayan vətəndaşları evlərində müayinədən keçirirlər.
Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçına minnətdarlıqlarını bildirirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər