Azərbaycanda kredit faizləri arta bilər - ŞƏRH

mar-05
11:39 2016
Azərbaycanda kredit faizləri arta bilər - ŞƏRH























“Kommersiya bankı başa düşməlidir ki, manat da bahadır, sabah onu geri qaytarmalıdır”

Fevralın 15-də Azərbaycanda uçot faiz dərəcəsi 3%-dən 5%-ə qaldırıldı. Biz onda da proqnoz vermişdik ki, yaxın gələcəkdə Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini yenidən qaldıracaq və bizim proqnozumuz düz çıxdı.

Bu barədə açıqlamasında banklar üzrə mütəxəssis Əkrəm Həsənov bildirib.

“Uçot faiz dərəcəsinin artımının səbəbi çox sadədir. Bilirsiz ki, bu dəqiqə bazarda milli valyutanın qıtlığı yaşanır. Yəni, manat çatmır. Niyə çatmır? Çünki hamı əlində olan manatı növbəti devalvasiya qorxusu ilə dollara çevirib və buna görə də dövriyyədə manat yoxdur. Milli valyutanın emitenti bildiyiniz kimi AMB-dir. AMB banklara manatla kredit verməlidir.

AMB isə banklara kredit verməkdən ehtiyat edir. AMB-nin ehtiyatlanmasına səbəb isə onunla bağlıdır ki, AMB düşünür ki, banklara manatla kredit verdiyi təqdirdə, onlar manatı birinci gedib dollara çevirəcəklər. Dolları isə Mərkəzi Bankdan alacaqlar. Deməli, Mərkəzi Bankın valyuta ehtiyatları yenə azala bilər. Bu isə son nəticədə növbəti devalvasiyaya apara bilər.

Qısası, uçot faiz dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Mərkəzi Bank isə istəyir ki, bu kreditləri bahalaşdırsın. O, banka krediti verəndə, bu banka elə baha başa gəlsin ki, o, manatı dollara çevirmək istəyi onda əmələ gəlməsin. Yəni, kommersiya bankı başa düşsün ki, manatda bahadır, sabah onu geri qaytarmalıdır”, - deyə mütəxəssis açıqlamasında qeyd edib.

O bildirib ki, Azərbaycanda uçot faiz dərəcəsi 10%-dək bahalaşa bilər:

“Hesab edirəm ki, AMB-nin məqsədi də məhz budur. Bu isə son hədd deyil. Yenə də uçot faiz dərəcəsi artacaq. Azərbaycanda uçot faiz dərəcəsi vaxtı ilə 15% belə olub. Amma hesab edirəm ki, uçot faiz dərəcəsi 10%-dək arta bilər”.

Ekspert həmçinin hesab edir ki, uçot faiz dərəcəsinin artımın mənfi cəhəti də ola bilər:

“Yəni, qeyd etdiyim kimi AMB banklara baha kredit verməlidir ki, banklar onu dollara çevirməsin. Amma bunun mənfi tərəfi də var. Əgər banklara kredit baha verilirsə, banklar da öz növbəsində sahibkar və əhaliyə kreditləri baha verəcək. Yəni, bankların da kredit faizləri üzrə dərəcələri artırmaq ehtimalı yaranır.

Bu isə öz növbəsində inflyasiyaya apara bilər. Niyə? Çünki sahibkar üçün kredit faizləri bahalaşırsa, təbii ki, o da krediti qaytarmaq üçün satdığı malların, göstərdiyi xidmətlərin qiymətini qaldırmağa çalışacaq. Bu isə o deməkdir ki, qiymət artımı ola bilər. Buna görə də hesab edirəm ki, hökumətin qarşısında duran ən önəmli məsələ qiymət artımının qarşısını almaqdır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər