Torpaqdan səmərəsiz istifadə edənlər cərimələndi

mar-01
12:27 2016
Torpaqdan səmərəsiz istifadə edənlər cərimələndi



























Komitə məlumat yaydı

Bu günədək Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16 709 hal aşkar edilib.

Bu barədə komitədən bildirilib.

İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, dövlət müfəttişləri tərəfindən 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunub.

Xatırladaq ki, Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər