Bu rayonlardan ət almayın – Nazirlikdən qadağa

sen-13
20:36 2014
Bu rayonlardan ət almayın – Nazirlikdən qadağa













Qurban bayramında Ucar, Bərdə və Zərdabdan paytaxta iribuynuzlu mal-qaranın gətirilməsinə qadağan olunub.

Bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

O, bildirib ki, Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçib. Yolçu Xanvəlinin sözlərinə görə, artıq bu gündən ət kəsim məntəqələlərində monitorinqlər həyata keçiriləcək. “Bayramla əlaqədar Nodulyar dermatit xəstəliyi riski olan rayonlarda və kəndlərdən paytaxta iribuynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Yəni, bu rayonlardan ət almaq qadağan olunub. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək. Təbii ki, Nodulyar dermatit xəstəliyinin daha aktiv olduğu Ucar, Bərdə və Zərdabdan eləcə də onun kəndlərindən Bakıya iribuynuzlu heyvanların gətirilməsinə müvəqqəti qadağa qoyulub”.

Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər