Bakıda avtomobillər ucuz qiymətə satılacaq

fev-29
12:38 2016
Bakıda avtomobillər ucuz qiymətə satılacaq






















Növbəti hərracın vaxtı açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 15-də növbəti hərrac keçirəcək.

Bu barədə komitədən bildirilib.

Məlumata görə, martın 15-də keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 7 ədəd avtomobil çıxarılacaq.

ƏMDK-dan qeyd edilib ki, 2004-cü il istehsalı olan “Hyundai Sonata” 1907 manata, 2006-ci il istehsalı olan “Nissan Maxima” 2822 manata, 2005-ci il istehsalı olan “Audi A6 L”; 6888 manata, 2006-ci il istehsalı olan “Nissan Pathfinder” 9153 manata, 2007-ci il istehsalı olan “Nissan Teana” 8790 manata, 2000-ci il istehsalı olan “Nissan Maxima” 2916 manata, 2006-ci il istehsalı olan “UAZ-3741”; 2548 manatdan başlayaraq alıcılara təklif olunacaq.

Komitədən onu da bildiriblər ki, “Hyundai Sonata”, “Nissan Maxima” 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Bundan başqa, “Audi A6 L”, “Nissan Maxima” 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a).

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Onu da əlavə edək ki, Bakının avtomobil bazarında 2004-cü il istehsalı olann “Hyundai Sonata” 2880 dollara, 2006-ci il istehsalı olan “Nissan Pathfinder” 13 500 dollara təklif olunur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər