Sabiq millət vəkili həbs edildi

fev-23
15:14 2016
Sabiq millət vəkili həbs edildi























O, Bakı İstintaq Təcridxanasına köçürülüb

Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, D.Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

D.Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bakı İstintaq Təcridxanasından bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D.Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

Qeyd edək ki, sabiq deputat D.Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər