İran nefti Avropaya axdı

fev-15
12:31 2016
İran nefti Avropaya axdı






















Tehran xaricə ixracı kəskin artırmaq niyyətindədir

Rusiyanın “Lukoil” şirkətinin yüklərinin daşınmasını həyata keçirən “Litasco” şirkətinə məxsus tanker Fars körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, “Lukoil” qrupu və İspaniyanın “Compania Espanola de Petroleos” şirkəti keçən ay İran neftinin Avropa limanlarına nəqlini planlaşdırıblar.

Bir milyon barelə qədər tutumu olan gəmi limandan yüklənmiş çıxıb, “Bloomberg” məlumat yayıb.

Neft nazirliyinin nümayəndəsi yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcəyini də bildirib.

Daha öncə Rusiya, Fransa və İspaniya şirkətləri tərəfindən alınmış 4 milyon xam İran neftinin olduğu tankerlərin sutka ərzində İrandan Avropaya göndəriləcəyi barədə məlumat yayılmışdı. “Press TV” telekanalı ölkənin vitse-prezidenti Eshak Cahangirinin, İranın yaxın aylarda bir sutka ərzində neft ixracını 1,5 milyon barelə qədər artıracağına dair sözlərini sitat gətirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər