Adı vəhhabilərlə hallanan şirkət rəhbərindən şok addım

sen-12
15:47 2014
Adı vəhhabilərlə hallanan şirkət rəhbərindən şok addım










BÜTÜN DİNDARLAR “AAAF”DAN UZAQLAŞDIRILDI

Adı vəhhabilərlə işbirliyində hallanan “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov bütün dindar işçiləri işdən azad edib.

Bu barədə məlumatı şirkətin özündən veriblər. Məlumatda bildirilir ki, Tofiq Heydərov vəhhabilərlə işbirliyində olması iddiası ilə bağlı prokurorluqda dindiriləndən sonra belə bir sərt addım atıb. Onun bu addımı isə şirkətdə böyük narazılığa səbəb olub. Günahsız şəxslərin və vəhhabilərlə heç bir əlaqəsi olmayan dindarların da qurban verilməsi Tofiq Heydərova qarşı xüsusi qıcıq yaradıb. Və şirkətdə işlər demək olar ki, iflic vəziyyətinə düşüb - yaşayış kompleksində bütün inşaat işlər dayandırılıb.

Bu, həm də şirkətdə çalışmış vəhhabilərlə digər dindarlar arasında ciddi narazılıq yaradıb. Başqa dini mənsəblərə aid dindarlar vəhhabilərə görə işlərini itirdiklərini bildiriblər. Bütün bunları görən şirkət rəhbəri isə bir müddət işə çıxmayıb. Onun hətta ölkədən qaçdığı barədə də məlumatlar yayılıb.

Qeyd edək ki, onun ölkədən qaçması həm də bir müddət əvvəl Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamaları ilə bağlı olduğu bildirilirdi. Bu yoxlamaların keçirilməsi isə əslində, MMC rəhbərinin cəzalandırılmasının kökündə radikal dini cərəyanlara, xüsusən vəhhabilər “yaşıl işıq” yandırması barədə təkzibolunmaz məlumatların yayılması idi. Məlum oldu ki, rəhbərlik MMC-nin təməlini qoyduğu binaların inşasına başlayar-başlamaz Abşeronda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərir, onları işlə, hətta yaşayış yeriylə təmin edir. İddia olunurdu ki, “AAAF İnşaat” MMC-nin rəhbəri Hacı Tofiq Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələridir.

Elə buna görə də, az keçmir ki, “Sevil” massivindəki məlum hadisələrdən sonra MMC rəhbərinin yolu Baş Prokurorluqdan keçir. Məsələ ilə bağlı Hacı Tofiq Heydərov dindirilir. Yeri gəlmişkən, T.Heydərov prokurorluqda dindirilməmişdən öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkədə vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çox ciddi mesajlar verir.

İcra başçısı radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq edir. Xəbərdarlıq edilənlər arasında “AAAF İnşaat” MMC-nin təsisçisi Tofiq Heydərov da olmuşdu. Rayon rəhbəri ona işçilərinə nəzarət etməyi tapşıraraq, dini qruplaşmaların işinə yardımçı olmağın böyük risk olduğunu söyləmişdi. Qeyd etmişdi ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək.

Bütün bunlar MMC rəhbərini necə təlaşa salıbsa, o nəinki, hamilik etdiyi radikal dini qruplaşma üzvlərini, hətta bütün dindar insanları işdən azad edib.

Məsələ ilə bağlı “AAAF İnşaat” MMC ilə əlaqə saxladıq. Şirkətdən inşaat işlərinin dayandırılması ilə bağlı yayılan məlumatları təkzib etdilər. Bildirdilər ki, havaların çox isti olması ilə bağlı işlər bir müddət ləng aparılsa da, indi əvvəlki qaydada davam edir və yeni yaşayış binaları tikilir. Rəhbərliklə bağlı sualımızı da cavabsız qoymayan MMC nümayəndəsi Tofiq Heydərovun hazırda iş başında olduğunu söylədi. Lakin bizi Tofiq Heydərovlə əlaqələndirmədilər.
“Rəhbərlik hazirda ölkədədir və iş başındadır. Sadəcə ikinci ofisdədir”-deyə MMC-dən bildirdilər .

Qeyd edək ki, “AAAF Park” yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan “Zirvə” idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. “Zirvə”nin C.Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur. Sonda onu da qeyd edək ki, T.Heydərovun fəaliyyəti təkcə "AAAF-İnşaat” MMC ilə məhdudlaşmır. O, həm də “Zirvə İdman Kompleksi” MMC-nin sahibidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər