İlhamə Quliyevanın köməkçisinin həbs müddəti uzadıldı

fev-13
16:29 2016
İlhamə Quliyevanın köməkçisinin həbs müddəti uzadıldı






















Məhkəmə vəsatəti təmin etməyib

Bu gün Səbail rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılacağı təqdirdə onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib. Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.

Vəkil bazar ertəsi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər