Yeni "iPhone 5S" çıxdı - VİDEO

sen-11
16:49 2013
Yeni "iPhone 5S" çıxdı - VİDEO
Apple şirkəti dünən iki yeni smartfonunu təqdim edib.

Apple şirkəti dünən iki yeni smartfonunu ("iPhone 5S" və "iPhone 5C") təqdim edib. Qiyməti daha ucuz "iPhone 5C" smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda tədarük ediləcək. Xatırladaq ki, "Apple" şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb.

"iPhone 5C" smartfonu "Apple A6" prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və "LTE" şəbəkələrini dəstəkləyir.
Daha bahalı "iPhone 5S" smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən aparat qara, gümüş və qızıl rəngli korpuslarda tədarük ediləcək.

Smartfonun özəlliyi "Touch ID" adlanan barmaq izlərinin skaneridir və 64 bitlik "Apple A7" prosessoru ilə təchiz edilib. Aparatda fotosessiya və 720p formatında videoçəkiliş funksiyaları mövcuddur
"iPhone 5S" batareyasının şarjı 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir.

ABŞ-da "iPhone 5C" smartfonunun qiyməti operator müqaviləsi ilə 99-dan (16 QB-lıq model) 199 dollaradək (32 QB-lıq model) olacaq. "iPhone 5S" isə operator müqaviləsi ilə 199-399 dollara satılacaq.
Aparatlar sentyabrın 20-də doqquz ölkədə satışa çıxarılacaq.

Xatırladaq ki, "Apple" şirkəti 2007-ci ildən "iPhone" smartfonlarını istehsal edir. Sentyabrın 10-da təqdim edilmiş aparatlar sözügedən qurğunun yeddinci nəslinə aiddir.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər