Türkiyədə otellərin kütləvi satışına başlanılıb

fev-02
12:41 2016
Türkiyədə otellərin kütləvi satışına başlanılıb























Ölkənin turizm sənayəsi tarixinin ən çətin dövrünü yaşayır

Türkiyədə turizm sənayesində olan problemlərə görə 1300-dən çox mehmanxana satışa çıxarılıb.

İqtisadiyyatda müşahidə olunan böhran, turistlərin azalması və terror təhlükəsinin artması ölkənin turizm sənayesinə çox mənfi təsir göstərib.

Nəşr qeyd edir ki, Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır.

Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib.

Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb. Antalyada yerləşən, və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır.

Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar).

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər