Deputat məmurları hədəfə aldı: Zəng edirsən, hansısa qız cavab verir

yan-29
13:21 2016
Deputat məmurları hədəfə aldı: Zəng edirsən, hansısa qız cavab verir

























“Məmurların borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar”

Dövlət telefonuna hörmət bərpa olunmalıdır, qaytarılmalıdır. Çünki dövlət telefonunun adı dövlət telefonudur.

Xeberci.info Modern.az-a istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin iclasında deputat Fəzail İbrahimli deyib.

O, bildirib ki, dövlət məmurları, nazirlər, komitə sədrləri dövlət telefonu ilə onlara edilən zənglərə cavab vermirlər.

"Bəlkə mənim bir şəxsi xahişim var, heç olmasa, dinlə, özün bilərsən, sonra nəzərə alma. Amma hər bir deputatın arxasında 40 min seçici dayanır, onların problemlərini dinləmək və nəzərə almaq lazımdır. Məmurların bir nömrəli borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar.

Lakin çox təəssüflər olsun ki, dövlət telefonu ilə zəng edirsən, heç biri cavab vermir. Həmin şəxsin yerinə telefonda 8-ci sinifdə oxuyan qızın səsi ilə "alo" cavabı" verilir. Biz onlara zəng edərkən az qala canımız çıxa. Saymamazlıq, hörmətsizlik göstərib cavab vermirlər. Belə olmaz, biz buna susmamalıyıq. Çünki susmaq problemlərin qalmasına və ondan ölkəmizə qarşı istifadə etmək istəyən yad ünsürlərin addımlarına razılıq əlaməti deməkdir. Biz öz sözümüzü deməliyik. Məsələn, mən Fəzail İbrahimlinin bu dövlətə nə ziyanı dəyə bilər? Olsa-olsa, nahaq danışa, haqqı nahaqqa qurban verə bilərəm”.

Deputatın sözlərinə görə, elə qüvvələr var ki, onlar müəyyən təsir gücünə malikdirlər.

“Bunların içərisində məmurlar da, sahibkarlar da var. Onlar daha çox əməli fəaliyyət göstərməlidirlər, dövlət başçısının ətrafında daha çıx birləşməlidirlər, problemlərin həllinə kömək etməlidirlər. Eyni zamanda, biz deputatlar da məmurlarla əl-ələ verib bu dövlət, bu xalq üçün işləməli, çalışmalıyıq. Yəni, məmurlar bu məsələdən yaxalarını kənara çəkməməlidirlər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər