“NAZ-Lifan” avtomobilinin yeni modellərinin istehsalına başlanılıb

yan-28
10:14 2016
“NAZ-Lifan” avtomobilinin yeni modellərinin istehsalına başlanılıb






















Avtomobillər milliləşdiriləcək


Azərbaycanda “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb.

Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan Naxçıvan Avtomobil Zavodunda (NAZ) 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir.

Zavodda avtomobillərin bütün hissələri yığılır. Bu da istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. NAZ-da istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır. Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb.

Yaxın vaxtlarda isə Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.

APA-nın məlumatına əsasən, Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunda istehal edilən avtomobillər milliləşdiriləcək.

Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir.Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər