12:33 4.03.2021 430

Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Dövlətimizin başçısı keçirdiyi mətbuat konfransında çox vacib və aktual məsələlərə toxundu və əsasən, 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə - Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan Prezidenti erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı: “Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir”.

“Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir". Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib və hazırda Ermənistantanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırıb ki, bütün bunlar Koçaryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirib ki, “Bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlasınlar, Azərbaycan geri çəkilən deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq”.

Dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından da danışdı və qeyd etdi ki, nə qədər ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır.

“Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq”

Prezident İlham Əliyev erməni əhalisinə qarşı heç bir zərərli addımlar atılmadığın deyərək bildirib ki, hər hansı revanşizm cəhdləri olarsa mütləq Azərbaycan tərəfindən cəzalandırılacaq: “Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmamalıdır”.

Dövlət başçısı qeyd edib ki, bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Azərbaycan Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qaragüruh qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi.

Prezident İlham Əliyev mətbuat konfransında Ermənistan tərəfinin minalanmış sahələrin xəritələrini verməməklə cinayət əməllərini nümayiş etdirdiyini də söyləyib: "Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib".

Göründüyü kimi, artıq bütün dünya Azərbaycanın güclü Liderinin apardığı uğurlu və diplomatik siyasətini, Güclü Ordusunun gücünü 30 il işğal altında olan torpaqlarımızın 44 gündə Qələbə qazandığının şahidi oldu. Və bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mətbuat konfransındakı mesajları ilə informasiya sahəsində də Qalib oduğunu aydın şəkildə göstərməklə Ermənistana növbəti dərs verdi – "DÜZ YOLA GƏL!".

Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.

Əli Hüseynov,

YAP Ağsu rayon təşkilatının sədri
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:00

Ağcabədidə ata 30 yaşlı oğlunu öldürüb - QƏTLİN TƏFƏRRÜATI

14:31

Sabaha olan hava proqnozu açıqlandı - Bakıda 21 dərəcə isti olacaq

14:03

34 yaşlı sərxoş sürücü 6 erməni hərbçisini vurdu - 2-si ölüb, 4-ü isə ağır yaralanıb

13:22

“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

12:57

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

12:36

Əli Əsədovdan yeni QƏRAR

12:31

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:14

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

11:48

Kafe və restoranlar yenidən bağlanacaqmı? - AÇIQLAMA

11:43

Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi

10:46

Əli Hüseynov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək

10:28

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10:19

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

10:08

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video

09:45

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:31

Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO

09:25

İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO

09:19

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

09:11

Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü

09:06

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

09:02

Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)

08:56

Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO

08:49

Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO

08:43

Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO

08:36

Azərbaycan əhalisinin sayı açıqlanıb

08:30

Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

15:01

Sabahın hava proqnozu açıqlandı

14:34

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:33

"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - FOTO + VİDEO

14:27

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

14:03

Paşinyan yenə özünü biabr etdi - "Fransa prezidenti Putin ..." - VİDEO

13:25

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

13:15

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi

13:13

Kürdə batan yeniyetmənin meyiti tapıldı