09:53 2.03.2021 83

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Trend-ə müsahibə verib.
Müsahibəni təqdim edirik:

- Azərbaycanın işğaldan azad olunan ərazilərində İran şirkətlərinin iştirakını və bu sahədə indiyədək atılan addımları necə qiymətləndirirsiniz?

- İran İslam Respublikası Azərbaycanın yaxın qonşusu olaraq bir sıra imkanlara sahibdir ki, bununla da Qarabağın bərpasında Azərbaycan dövləti və xalqına köməklik göstərə bilər. İran xalqı və dövləti Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə və bölgədə yaranan yeni şəraitə qəlbən sevinir. İran dövləti və xalqı bu bölgənin tez bir zamanda dirçəlməsində maraqlıdır. Azərbaycanın yüksək səviyyəli rəsmiləri, xüsusilə Prezident İlham Əliyev dost ölkələri, o cümlədən İranı işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka dəvət edib. Bunu əsas götürərək İran dövləti Qarabağın bərpa olunmasına hazır olduğunu elan edib. Hazırda İran tərəfi Azərbaycan dövlətinin azad olunan əraziləri ilə əlaqədar baş planların elan olunmasını gözləyir.

İran şirkətlərinin bərpa işlərində iştirakını bir neçə cəhətdən məqsədəuyğun hesab etmək olar.

Coğrafi baxımdan bu ərazilər İranın Azərbaycanla sərhədində və yaxınlığında yerləşir. İranın tikinti materialları, xammalı digər ölkələrlə müqayisədə daha ucuzdur, işçi qüvvəsi daha ucuz başa gəlir. Ən əsası bu ərazilərin bərpasına İranda maraq böyükdür.

Eyni zamanda ərazilərin bərpasına başlamazdan öncə, bu ərazilərin minalardan, partlamayan silah-sursatlardan təmizlənməsi əhəmiyyətli məsələdir. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi və onun tabeliyində olan şirkətlər bu bölgəyə gəlməyə hazır olduğunu və ərazilərin təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər. Bu şirkətlər humanistlik çərçivəsində ərazilərin bir hissəsini heç bir xərc olmadan, digər hissələri isə müqavilə çərçivəsində minalardan təmizləməyə hazırdırlar.

- Azərbaycan və İranın müxtəlif sferalarda, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəniyyət sahələrindəki əlaqələrinin bundan sonra hansı formada inkişaf etdirilməsi nəzərdə tutulub?

- Azərbaycan-İran münasibətləri hazırda yeni mərhələyə, çiçəklənmə mərhələsinə qədəm qoyub. İki ölkə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət və hərbi sahələrdə əməkdaşlıqları artıra bilər. Hazırda prioritet azad olunan ərazilərin bərpasında iştirak etmək və iki ölkənin iqtisadi münasibətlərini artırmaqdır. Fikrimcə, ölkələrimizin münasibətləri yaxın gələcəkdə strateji şərik münasibətlərinə çevriləcək. Belə ki, iki ölkə bir-birinin imkanlarından faydalana bilər. Bu istiqamətdə, xüsusilə tranzit, nəqliyyat imkanlarından istifadə etmək olar. İki ölkənin münasibətləri regional əməkdaşlıqlar üçün örnəyə çevrilə bilər. Dost və qonşu ölkələr arasında bütün istiqamətlərdə həmişə yaxşı münasibətlər olub. Son illər ərzində Azərbaycan və İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İranın ətrafında 15 ölkə qonşu ölkə hesab olunur. Hər bir ölkənin özünəməxsus yeri var. Lakin bu ölkələr arasında Azərbaycan prioritet və əhəmiyyət kəsb ölkələrdən biridir.

- İki ölkə arasında preferensial ticarət, birgə kənd təsərrüfatı, enerji və su layihələrinin gedişatı hansı səviyyədədir?

- Son vaxtlar (18 yanvar) İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb. İki ölkə arasında birgə layihələrin icra olunması üzrə razılaşmalar əldə edilib. İran və Azərbaycan arasında bir neçə həll edilməmiş məsələ, o cümlədən Xudafərin və Qız qalası hidroqovşaqları haqda razılaşma əldə olundu. Bu hidroqovşaqların istifadəyə verilməsi su ehtiyatı, kənd təsərrüfatı və elektrik üzrə hər iki ölkənin xeyrinə olacaq. Bu hidroqovşaqlar azad olunan ərazilərin su və elektrik təminatında əhəmiyyətlidir. Həmin qurğuların qarşıdakı bir il ərzində istifadəyə verilməsi gözlənilir.

İki ölkə arasında preferensial ticarət üzrə son müzakirələr ötən həftə aparılıb. Bu ticarət üzrə tezliklə sənədin imzalanacağı gözlənilir.

İran və Azərbaycan arasında Astaraçay üzərində hazırda istifadədə olan körpü 2-ci dünya müharibəsi zamanı inşa olunub. Bununla belə bu körpü ilə böyük ölçüdə məhsullar daşınmaqdadır. Son aylarda İranın məhsul ixracı və tranziti artdığına görə, bu körpüdən maksimum şəkildə istifadə olunur. Hazırda gündəlik təxminən 200-300 yük maşını bu körpüdən keçir. İki ölkə arasında önəmli proyektlərdən biri Astaraçay üzərində yeni avtomobil körpüsünün inşa edilməsidir. Həm vətəndaşlar, həm avtomobil, həm də yük maşınları bu körpüdən istifadə edə biləcək. Müqavilənin tez bir zamanda yekunlaşması ilə Novruz bayramına qədər bu körpünün təməlinin qoyulması və inşasına başlanılması nəzərdə tutulur. Körpü iki ölkə tərəfindən birgə şəkildə inşa olunacaq və ilkin hesablamalara əsasən, təxminən 4-5 milyon dollar dəyərində vəsait xərclənəcək. Bu kiçik körpü Şimal-Cənub Dəhlizində böyük rola sahib olacaq. Azərbaycan beynəlxalq yükdaşımalarda, xüsusilə də Şimal-Cənub dəhlizində strateji və önəmli mərkəzdir.

- Son vaxtlar İranın xarici işlər naziri ölkəsinin dəmiryolu xətlərinin Azərbaycanla birləşdirilməsinin önəmini vurğulayıb. Bununla əlaqədar hansı addımların atılması nəzərdə tutulub?

- İran Azərbaycanla münasibətləri şaxələndirməkdə çox maraqlıdır. Hazırda İranın Azərbaycanla avtomobil yolu, dəmiryolu və dənizlə əlaqələri var. İki ölkənin ticarət dövriyyəsini artırmaq üçün bu yolları şaxələndirmək zərurəti yaranır. Azərbaycanın dəmiryolu xətti İran Astarasında dəmiryol terminalına qədər çəkilib və istifadəyə verilib. Bu dəmiryol terminalı inşa edilməklə yanaşı eyni zamanda fəaliyyət göstərir. Son vaxtlar dəmiryol terminalının inşasında işlər sürətləndirilib. Hazırda İran üçün əhəmiyyətli olan məsələ Rəşt-Astara dəmiryolunun inşa edilməsidir. Bu dəmiryolunun istifadəyə verilməsi ilə məhsullar Fars körfəzindən Rusiya və Şərqi Avropa ölkələrinədək və əks istiqamətdə daşınacaq.

İran üçün əhəmiyyətli olan digər dəmiryolu layihəsi, Azərbaycan Prezidentinin altıtərəfli əməkdaşlığa dair təklifi çərçivəsində altı ölkənin dəmiryolu xətlərinin birləşməsidir. Ölkəmiz dərhal bu təklifi dəstəklədi. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin region ölkələrinə səfəri çərçivəsində də bu məsələ diqqət mərkəzində saxlanıldı. Bu dəmiryolu istifadəyə verildiyi halda, region ölkələrinin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bütün bunlar regionda stabilliyə, dayanıqlı təhlükəsizliyə şərait yaradacaq. İran bu qənaətdədir ki, Qarabağ müharibəsindən sonra ölkələr əməkdaşlıq istiqamətində daha artıq nailiyyətlər əldə edə bilərlər. Beləliklə ölkələrin iqtisadiyyatları birləşə və çiçəklənə bilər. İran altı ölkənin mövqe bir-birinə daha da yaxınlaşmasının tərəfdarıdır. Bununla əlaqədar İran Tehranda ölkələr arasında ixtilafların həll edilməsi ilə əlaqədar altı ölkənin istənilən səviyyədə rəsmilərinin iştirakı ilə iclas təşkil etməyə hazırdır. Çünki İran bölgənin daha da güclü olmasına inanır.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:00

Ağcabədidə ata 30 yaşlı oğlunu öldürüb - QƏTLİN TƏFƏRRÜATI

14:31

Sabaha olan hava proqnozu açıqlandı - Bakıda 21 dərəcə isti olacaq

14:03

34 yaşlı sərxoş sürücü 6 erməni hərbçisini vurdu - 2-si ölüb, 4-ü isə ağır yaralanıb

13:22

“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

12:57

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

12:36

Əli Əsədovdan yeni QƏRAR

12:31

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:14

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

11:48

Kafe və restoranlar yenidən bağlanacaqmı? - AÇIQLAMA

11:43

Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi

10:46

Əli Hüseynov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək

10:28

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10:19

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

10:08

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video

09:45

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:31

Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO

09:25

İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO

09:19

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

09:11

Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü

09:06

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

09:02

Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)

08:56

Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO

08:49

Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO

08:43

Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO

08:36

Azərbaycan əhalisinin sayı açıqlanıb

08:30

Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

15:01

Sabahın hava proqnozu açıqlandı

14:34

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:33

"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - FOTO + VİDEO

14:27

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

14:03

Paşinyan yenə özünü biabr etdi - "Fransa prezidenti Putin ..." - VİDEO

13:25

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

13:15

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi

13:13

Kürdə batan yeniyetmənin meyiti tapıldı