11:05 1.03.2021 97

“Anadolu”: “Azərbaycan Ermənistandan atəşkəsə riayət etməsini istəyir”

Türkiyənin “Anadolu” agentliyinin ispandilli versiyasında Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandakı siyasi böhranı İrəvanın işğal siyasətinin nəticəsi adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı Ermənistanın münaqişənin növbəti eskalasiyasının qarşısının alınması üçün 10 noyabrda imzalanmış atəşkəs bəyanatına əməl etməli olduğunu bildirib.

“Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar”, - deyə Prezident İlham Əliyev bildirib.

“Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Koçaryan-Sarqsyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı”, - deyə dövlət başçısı bildirib.

Məqalədə, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın cümə axşamı ölkəsində baş vermiş hərbi çevriliş cəhdini pislədiyi vurğulanıb.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistandakı hazırkı siyasi böhran bu ölkənin işğalçılıq siyasətinin nəticəsidir.

“Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq və təcrid etmək bizim siyasətimiz idi. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”, - deyə İlham Əliyev bildirib.

Məqalədə, həmçinin münaqişənin tarixi və 44 günlük Vətən müharibəsi barədə obyektiv faktlara da yer verilib, 10 noyabr bəyanatına baxmayaraq, Ermənistanın bundan sonra da bir neçə dəfə atəşkəsi pozduğu qeyd olunub.

“Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət”, - deyə Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə bildirib.

“Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir?”, - deyə dövlət başçısı vurğulayıb.

“Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik”, - deyə İlham Əliyev qeyd edib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:00

Ağcabədidə ata 30 yaşlı oğlunu öldürüb - QƏTLİN TƏFƏRRÜATI

14:31

Sabaha olan hava proqnozu açıqlandı - Bakıda 21 dərəcə isti olacaq

14:03

34 yaşlı sərxoş sürücü 6 erməni hərbçisini vurdu - 2-si ölüb, 4-ü isə ağır yaralanıb

13:22

“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

12:57

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

12:36

Əli Əsədovdan yeni QƏRAR

12:31

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:14

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

11:48

Kafe və restoranlar yenidən bağlanacaqmı? - AÇIQLAMA

11:43

Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi

10:46

Əli Hüseynov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək

10:28

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10:19

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

10:08

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video

09:45

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:31

Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO

09:25

İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO

09:19

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

09:11

Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü

09:06

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

09:02

Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)

08:56

Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO

08:49

Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO

08:43

Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO

08:36

Azərbaycan əhalisinin sayı açıqlanıb

08:30

Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

15:01

Sabahın hava proqnozu açıqlandı

14:34

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:33

"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - FOTO + VİDEO

14:27

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

14:03

Paşinyan yenə özünü biabr etdi - "Fransa prezidenti Putin ..." - VİDEO

13:25

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

13:15

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi

13:13

Kürdə batan yeniyetmənin meyiti tapıldı