Vətəndaş Adburrəhmanov Vasif Əliqulu oğlu redaksiyamıza zəng edərək bildirmişdir ki, 22 fevral 2021-ci il tarixində ona məxsus evdə Ağsu Rayon İşıq İdarəsinin elektirik enerjisini dəfələrlə verib dayandırması nəticəsində yanğın baş vermişdir. Vasif Abdurrəhmanova məxsus ikiotaqlı yaşayış evi əşyalarla birgə yanmışdır. Vətəndaş şikayətini araşdırmaq məqsədilə yanğın baş verən Səməd Vurğun küçəsi ev 56 ünvanında olduq. Fövqəladə Hallar Nazirliyinin Ağsu rayon şöbəsinin əməkdaşlarının ilkin ehtimalına görə, yanğın elektrik xətlərində baş verən qısa qapanmadan baş vermişdir. Həmin gün orada olan və yanğına şahidlik edən qonşular da bildirdilər ki, 22 fevral tarixində Ağsu şəhəri ərazisində elektrik enerjisinin verilməsində dəfələrlə fasilələr yaranmışdır. Ağsu İşıq İdarəsinə zəng edən vətəndaşlara idarədən bildirilmişdir ki, Ağsu şəhəri ərazisində elektrik xətlərinə maneə törədən ağaclar kəsildiyi üçün fasilələr yaranır. Vətəndaş Vasif Abdurrəhmanov evinin yanmasında birbaşa günahı Ağsu İşıq İdarəsində görür və qurumdan şikayətçidir. Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da vətəndaşa təxminən 30.000 manat civarında ziyan dəymişdir. Xeberci.info olaraq Ağsu Rayon İşıq İdarəsini məsələni ədalətlə araşdıraraq düzgün qərar vermələrini gözləyirik. Son da onu da qeyd edək ki, vətəndaş baş vermiş hadisə barədə Ağsu Rayon Prokurorluğuna ərizə ilə müraciət edəcəkdir...