11:25 26.02.2021 173

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

“Döyüş əməliyyatları başa çatdıqdan sonra, noyabrın 20-si tarixlərində Ermənistanın Şirak bölgəsinin Gümrü şəhərindən və ona bitişik rayonlardan 60 nəfərdən çox insanın olduğu dəstə naməlum formada Laçın dəhlizindən keçməklə Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə daxil olub”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Döyüş əməliyyatları başa çatdıqdan sonra biz aşkarladıq ki, arxa cəbhənin dərinliklərində erməni silahlıları var. Biz əvvəlcə məlumat əldə etdik ki, onlar mühasirədən çıxmaya bilməyiblər və azıblar. Bir müddət Azərbaycan hərbçiləri Rusiya sülhməramlıları ilə birlikdə onların azdıqlarını düşünərək, bu insanlara kömək etməyə və geri qaytarmağa çalışıblar. Ancaq müəyyən olundu ki, bu, belə deyil, onlar hərbçilərimizə və dinc sakinlərimizə hücum edən diversant qruplarıdır. Bu diversiya və terror aktları nəticəsində bizim dörd hərbçimiz və bir mülki şəxs həlak oldu. Həmin mülki şəxs mobil operatorlardan birinin nümayəndəsi olub və Şuşaya gedən zaman mühasirəyə düşüb. Həmçinin bir neçə yaralımız var. Əlbəttə biz antiterror əməliyyatı keçirdik. Nəticədə bir neçə terrorçu zərərsizləşdirildi, 60-dan çoxu isə ələ keçirildi. Bu gün onları hərbi əsir kimi adlandırmağa çalışanda məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Müharibədən sonra tutulan bu insanlar hərbi əsir kateqoriyasına aid deyil. Bunlar diversant və terrorçudurlar. Ermənistandan və digər ölkələrdən istənilən təxribat yersizdir.

Biz bu gün azad edilmiş ərazilərin təhlükəsizliyini kifayət qədər təmin edirik. Daimi reydlər, monitorinqlər keçiririk, buna görə vəziyyət tam nəzarət altındadır”, - deyə prezident bildirib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:00

Ağcabədidə ata 30 yaşlı oğlunu öldürüb - QƏTLİN TƏFƏRRÜATI

14:31

Sabaha olan hava proqnozu açıqlandı - Bakıda 21 dərəcə isti olacaq

14:03

34 yaşlı sərxoş sürücü 6 erməni hərbçisini vurdu - 2-si ölüb, 4-ü isə ağır yaralanıb

13:22

“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

12:57

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

12:36

Əli Əsədovdan yeni QƏRAR

12:31

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:14

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

11:48

Kafe və restoranlar yenidən bağlanacaqmı? - AÇIQLAMA

11:43

Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi

10:46

Əli Hüseynov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək

10:28

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10:19

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

10:08

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video

09:45

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:31

Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO

09:25

İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO

09:19

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

09:11

Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü

09:06

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

09:02

Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)

08:56

Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO

08:49

Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO

08:43

Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO

08:36

Azərbaycan əhalisinin sayı açıqlanıb

08:30

Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

15:01

Sabahın hava proqnozu açıqlandı

14:34

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:33

"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - FOTO + VİDEO

14:27

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

14:03

Paşinyan yenə özünü biabr etdi - "Fransa prezidenti Putin ..." - VİDEO

13:25

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

13:15

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi

13:13

Kürdə batan yeniyetmənin meyiti tapıldı