11:37 25.02.2021 356

"Accessbank" ASC vətəndaşı ölüm həddinə çatdırıb

Vətəndaş Tənzilə Məmmədovanın ölkə başçısı cənab İlham Əliyevə ünvanladığı müraciəti sizlərə təqdim edirik:
Möhtərəm Prezident, məlumat üçün bildirirəm ki, mən Məmmədova Tənzilə Hidayət qızı ilə “Accessbank” ASC arasında 14.11.2012-ci il tarixdə kredit Xətti Müqaviləsi bağlamışdım. Həmin kredit müqaviləsinə görə illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, 2015-ci ilin fevral ayına kimi mənim tərəfimdən hər ay 3793,33 ABŞ dolları ödənilirdi. Lakin 2015-ci il fevral ayında dolların məzənnəsinin 1,05 AZN manat (devalivasiya) qalxması nəticəsində mənim tərəfimdən ilk vaxtlarda ödənişi tam həyata keçirə bilsəm də, amma 2015-ci ilin dekabr ayında dolların məzənnəsinin isə 1,55 AZN manat (devalivasiya) qalxması nəticəsində ödənişin həyata keçirilməsində çətinliklərlə üzləşdim. Bunlara baxmayaraq, mənim tərəfimdən sonradan hər ay 300 ABŞ dolları ödənilməsini həyata keçirirdim və hal-hazırda da hər ay 200 ABŞ dolları ödənilməsini həyata keçirirəm. Diqqətinizə onu da çatdırıram ki, mən “Accessbank” ASC-yə ümumilikdə 122214,94 ABŞ dolları ödədiyim halda, lakin bank tərəfindən gecikmələrin faizi olaraq əsas məbləğdən çıxmalı olduğu halda ödənilən məbləği faiz dərəcələrindən çıxırlarmış. Hətta mənim tərəfimdən hər ay 300-400 ABŞ dolları civarında ödənişlər olduğu halda, bank tərəfindən 18 ay ərzində əsas borcdan deyil, ödənişləri faiz dərəcələrindən çıxırmışlar. Belə olan halda bank tərəfindən mən Tənzilə Məmmədovaya qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət edilmiş və məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, 05.12.2018-ci il tarixli ekspert rəyinə əsasən mən Məmmədova Tənzilə Hidayət qızı tərəfindən “Accessbank” ASC 122214,94 ABŞ dolları ödədiyim öz təsdiqini tapmışdır. Lakin bütün bunlara baxmayaraq, bank dolların məzənnəsinin qalxması dövründə ödənişlərin az ödənilməsini əsas gətirməklə əlavə faiz və dəbbə pulu hesablayaraq 22167,836 ABŞ dolları borcun olduğuna dair sənədlər təqdim etmiş və məhkəmə tərəfindən mənim üzərimə həmin məbləği kəsmişdir.
Möhtərəm Prezident, Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olaraq Sizin diqqətiniz və qayğınız nəticəsində biz sahibkar olaraq hər zaman problemlərin həllinə sahib çıxmağı, bizlərin həmişə yanında olaraq problemlərimizin həlli ilə əlaqədar xüsusi rolunuz olduğunu və ən əsası sadaladığım hallarla bağlı dəfələrlə səlahiyyətli orqanlara müvafiq tapşırıqların verilməsini həmişə hiss etmişik. Məhz Sizin 2019-cu il tarixdə dolların məzənnəsinin qalxması nəticəsində ziyan dəymiş şəxslərə kompensasiyanın verilməsinə dair sərəncamınız xalq tərəfindən sevinclə qarşılandı. Düzdür, kompensasiyanın verilməsi yalnız 10000 ABŞ dollarına kimi götürmüş şəxslərə şamil edilsə də, lakin bundan əhalinin bir çox qismi bəhərlənə bildi. Mən uzun müddət sahibkar olaraq dövlətə vaxtlı-vaxtında vergi ödəmişəm və vergi ödəyicisi olaraq həmişə qanunların aliliyini üstün tutmuşam. Lakin bu gün bank tərəfindən tələb edilən məbləğin ödənilməsi gücündə deyiləm və bank tərəfindən verilən kredit məbləğindən artıq ödəniş etmişəm. Lakin mənim iradəmdən asılı olmayaraq ödənişləri yuxarıda qeyd etdiyim hallara əsasən həyata keçirə bilməmişəm. Bütün bunlara baxmayaraq, bank 22167,836 ABŞ dolları məndən tələb edir və ödəniş həyata keçirilməyəcəyi təqdirdə həmin məbləğin əvəzi olaraq əmlaka yönəldiləcəyi ilə hədələyir. Mən isə banka verdiyi kreditdən artıq ödənişi həyata keçirdiyimi bildirsəm də, lakin bank həmin məbləğin tutulmasında israrlıdır.
Möhtərəm Prezident, mən tənha qadın olaraq bu günə kimi bütün qazandıqlarımı zəhmətimlə əldə etmişəm və əldə etdiklərimin nəticəsində əmlak əldə etmişəm ki, onu da bank məni əsassız yükləmələrlə məndən almaq istəyir. Mən dolların məzənnəsinin qalxmasına kimi kreditin hər ay ödənişini vicdanla həyata keçirtmişəm, lakin mənim iradəmdən asılı olmayaraq ödənişdə gecikmələr baş vermiş və bu barədə bankı məlumatlandırmışam. Bank bütün bunlara baxmayaraq, ödənişin üzrlü səbəblərdən gecikdiyini nəzərə almamışdır.
Möhtərəm Prezident, Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olaraq məhz Sizin fəaliyyətiniz dövründə neçə-neçə çox saylı ailələrə sevinc bəxş etmisiniz. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə almağınızı və 22167,836 ABŞ dolları ilə əlaqədar “Accessbank” ASC tərəfindən mən Məmmədova Tənzilə Hidayət qızından tələbin dayandırılmasına dair aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilməsi barədə köməklik etməyinizi Sizdən xahiş edirəm.
Əvvəlcədən Sizə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm.

Hörmətlə: Məmmədova Tənzilə Hidayət qızı

"Accessbank" ASC vətəndaşı ölüm həddinə çatdırıb"Accessbank" ASC vətəndaşı ölüm həddinə çatdırıb
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:00

Ağcabədidə ata 30 yaşlı oğlunu öldürüb - QƏTLİN TƏFƏRRÜATI

14:31

Sabaha olan hava proqnozu açıqlandı - Bakıda 21 dərəcə isti olacaq

14:03

34 yaşlı sərxoş sürücü 6 erməni hərbçisini vurdu - 2-si ölüb, 4-ü isə ağır yaralanıb

13:22

“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

12:57

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

12:36

Əli Əsədovdan yeni QƏRAR

12:31

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:14

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

11:48

Kafe və restoranlar yenidən bağlanacaqmı? - AÇIQLAMA

11:43

Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi

10:46

Əli Hüseynov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək

10:28

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10:19

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

10:08

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video

09:45

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:31

Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO

09:25

İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO

09:19

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

09:11

Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü

09:06

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

09:02

Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)

08:56

Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO

08:49

Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO

08:43

Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO

08:36

Azərbaycan əhalisinin sayı açıqlanıb

08:30

Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

15:01

Sabahın hava proqnozu açıqlandı

14:34

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:33

"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - FOTO + VİDEO

14:27

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

14:03

Paşinyan yenə özünü biabr etdi - "Fransa prezidenti Putin ..." - VİDEO

13:25

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

13:15

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi

13:13

Kürdə batan yeniyetmənin meyiti tapıldı