Ərdoğan və Obama arasında telefon danışığı olub

yan-20
11:38 2016
Ərdoğan və Obama arasında telefon danışığı olub























Ölkə liderləri terrorla mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Bu barədə Hurriyet qəzeti Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı, Obama Ərdoğana İstanbulda və Diyarbəkir əyalətində törədilən terror aktları ilə bağlı başsağlığı verib. İki ölkə lideri həmçinin İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.

Qeyd olunur ki, Türkiyə-ABŞ əlaqələri, həmçinin terrorçuluqla mübarizə məsələləri yanvarın 24-də ABŞ vitse-prezidenti Cozef Baydenin Türkiyəyə səfəri çərçivəsində Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə görüş zamanı da müzakirə ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər