Fazil Mustafa: “O məscidə Nuru Paşa adı verilsin”

sen-10
13:24 2014
Fazil Mustafa: “O məscidə Nuru Paşa adı verilsin”

















Millət vəkili Fazil Mustafa Binəqədi rayonu ərazində inşa edilən yeni məscidin Nuri Paşanın şərəfinə adlandırılmasını arzuladığını dilə gətirib. Bu barədə təklifini Fazil Mustafa facebook sosial şəbəkəsindəki hesabında paylaşıb:
“Bakının Binəqədi rayonu ərazisində cəlbedici arxitekturası olan böyük bir cami inşa edilib. Azərbaycan Prezidentinin sərəncamı ilə belə bir caminin dövlət vəsaiti hesabına inşa edilməsi təqdirəlayiq bir haldır və bunu əksər dindarlar təqdirlə qarşılayır. Çox istərdim ki, bu cami həm də Azərbaycan-Türkiyə dostluğunun bir rəmzi olaraq vətənimizin ən ağır günündə millətimizi rus-erməni qətliamından xilas etmiş Nuri Paşanın şərəfinə “Nuru Paşa Camisi” adlandırılsın. Qarşıdan 15 sentyabr gəlir. Həmin gün bugünkü paytaxtımız Bakı şəhərini Nuri Paşanın komutanlığında Qafqaz İslam ordusunun qəhrəman əsgərləri düşməndən təmizləyərək yenidən xalqımıza ərməğan edib. Hələ də bu böyük qəhrəmanın xatirəsini əbədiləşdirməməyimiz bizim üçün bir utanc hadisəsidir. Ona görə utanc deyirəm ki, ermənilərin öz xilaskarı hesab etdiyi bir qatilə- Andronikə verdiyi qiymətlə bizim öz xilaskarımıza şanlı bir komutana Nuri Paşaya verdiyimiz qiyməti müqayisə edərək bu ifadəni hər kəs təsdiqləyə bilər.

Yaxşı olar ki, həmin gün hansı məkanda olursa olsun Nuri Paşa və əsgərlərinin ruhuna dualarımızı əsirgəməyək. Mətbuatdan oxudum ki, "Bilik" Fondu çox gözəl bir təşəbbüslə çıxış edərək dərs ilinin ilk günündə respublikanın məktəblərində tanınmış ziyalılar, alimlər tərəfindən ilk dərsin keçirilməsini planlaşdırırlar. Xahiş edərdim ki, bu gözəl missiyanı yerinə yetirən hər bir vətəndaşımız şagirdlərə ilk 5 dəqiqəni 15 sentyabr gününün mahiyyətini, Nuri Paşa və əsgərlərinin vətənimizin və millətimizin xilasında rolunu anlatmağa həsr etsinlər. İnanın ki, bu elə bir mənəvi borcdur ki, hər kəs içində bir rahatlıq tapacaqdır. Allah Azərbaycanın azadlığı üçün dünən və bu gün şəhəd olan hər bir əsgərin haqqını verməyi, onlardan halallıq almağı bizlərə nəsib etsin!”.

Fazil Mustafa: “O məscidə Nuru Paşa adı verilsin”

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər