13:55 18.01.2021 127

Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI

Anlaşmanın mətni əvvəlcədən hazırlanmamışdı. Bütün qərarlar bilavasitə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul olunurdu.

Milli.az xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Rossiya 1" telekanalındakı "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinin suallarını cavablayarkən belə deyib.

V.Putinin sözlərinə görə, İkinci Qarabağ savaşının sonuna yaxın vəziyyət Ermənistan üçün kritik olub: "Sadəcə, hərbi əməliyyatlar zonasında elə bir situasiya yarandı ki, açığını desəm, Ermənistan elə bir həddə çatdı ki, qərar qəbul edilməliydi. Amma etiraf etməliyəm ki, belə şəraitdə hər iki tərəf hər ifadə, hər bənd, hətta az qala hər vergül uğrunda mübarizə aparırdılar".

Rusiya prezidenti daha sonra bildirib ki, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanatın mətninin hazırlanması çox mürəkkəb, ifrat enerji tələb edən proses olub və tərəflərin hamısı gərgin işləyiblər.

"Üçtərəfli məsləhətləşmələr və müzakirələr aparıldı. İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda danışanda, onların təkliflərini və tələblərini dinlyəndə mahiyyət etibarilə vasitəçilik etməli oldum.

Bəyanatın mətninə iradlar vardı, müəyyən dəyişikliklər edildi.

Bərabərhüquqlu, eyni dəyərli, üçtərəfli iş idi", - V.Putin söyləyib.

Rusiya prezidentinin açıqlamaları yetərincə maraqlıdır. Belə ki, V.Putin bu dəfə aşkar şəkildə bəyan edib ki, əgər noyabrın 9-da danışıqlar və müzakirələr başlanmasaydı, Azərbaycanın Silahlı Qüvvələri Qarabağı bütünlüklə azad etməklə yanaşı, Ermənistan ordusunu darmadağın edəcəkdi.

Bu isə yaxın perspektivdə Ermənistanın belə, məhvi ilə sonuclana bilərdi.

Ermənilər sosial şəbəkələrdə üçtərəfli bəyanatı şərh edərkən tez-tez "Putin bizi məhvdən xilas etdi" yazırlar və əslində, səhv də etmirlər.

"Azərbaycanın dövlət başçısının təyyarəsi Moskvaya, "Vnukovo" hava limanına ilk endi. Paşinyanın olduğu təyyarə isə Tula üzərində dövrə vurduğuna görə gecikdi və bir neçə dəqiqə sonra hava limanına endi", - "Moskva. Kreml. Putin" proqramında deyilir.

Bu olay simvolik sayıla bilər: onillərdən bəri siyasi, hərbi, iqtisadi, maliyyə və s. sahələrində Azərbaycandan geridə qalan Ermənistan indi regionun ən zəif, yarıtmaz ölkəsinə çevrilib.

Revanş çağırışlarının səsləndiyi, xüsusilə sosial şəbəkələrdəki paylaşımlarda və müxalifət partiyaların rəhbərləri ilə funksionerlərinin bəyanatlarında aqressiyanın artdığı Ermənistanda adi vətəndaşlar ifrat millətçilik, mağara şovinizmi və faşizm ideyalarının təbliğatından usanıblar.

Ermənistan vətəndaşları indi normal həyat sürmək, efemer və idiotik ideyalar uğrunda həlak olmaq istəmirlər.

"Vnukovo"dakı mənzərə məhz bu baxımdan təsadüf deyildi...
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO

09:09

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi

09:00

Xocalı soyqırımından 29 il ötür

15:00

Qubadlının Yusifbəyli kəndindən görüntülər - VİDEO

14:04

III Qarabağ savaşı başlaya bilər: ruslar tərəf tutacaq? - GƏLİŞMƏ

14:01

Nikol Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etdi

13:31

23 şəhid ailəsi himayəyə götürüldü

13:23

“1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq”- Gerçək tarixin müzakirəsi

13:19

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO

13:17

Bugünkü futbol matçlarında Xocalı soyqırımı qurbanları yad ediləcək