Azərbaycan Respublikası Səfərbərlik və Həqiqi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində hərbi çağırışçıların hərbi hissələrə yola salınması davam edir. Ölkəmizdə olan karantin rejiminin şərtlərinə yüksək səviyyədə əməl edən Aqşin Xancanovun rəisi olduğu Ağsu şöbəsində istər ərazinin dezinfeksiya olunması istər ara məsafəsinin saxlanması və digər virusdan qorunmaq üçün vacib olan tədbirlər həyata keçrilir. Görülən qabaqlayıcı tədbirlərlə yerində tanış olmaq üçün orada olduq. Xeberci.info olaraq bizi yüksək səviyyədə qarşılayaraq görülən tədbirlər barədə geniş məlumat verən xidmətin bütün rəsmilərina dərin təşəkkürümüzü bildiririk.
Xeberci.info