Metroda qatarlar dayanacaq

yan-16
14:16 2016
Metroda qatarlar dayanacaq





















Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsi Bakı Metropolitenində yad ediləcək

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev milli.Az-a bildirib ki, 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb:

"Bakı Metropoliteni bütün kollektivlə həmin faciə gününü yad edəcək. Hər il olduğu kimi, bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək. Həmin gün bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərinə xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bundan əlavə, "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Saat 12 tamam olanda isə metroda bütün qatarlar dayandırılacaq, bütün qatarlar eyni anda fit verəcək, daha sonra faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək".

Şöbə rəisi əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər