Bakıda universitet rektoruna qarşı cinayət — milyona yaxın pul oğurlandı

yan-10
16:36 2016
Bakıda universitet rektoruna qarşı cinayət — milyona yaxın pul oğurlandı





















Bakıda rekrota qarşı müdhiş cinayət törədilib. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin iş otağı qarət olunub

Criminal.az-a daxil olan eksklüziv məlumata görə, ötən gecə naməlum şəxslər rektorun otağına girərək 150 kiloqramlı seyfi oğurlayıblar. Seyfin içərisində 700 min manat məbləğində pul olub.

Məsələ ilə bağlı Nərimanov rayon Polis İdrəsindən tutarlı məlumat əldə etmək mümkün olmadı. Polis faktı nə təsdiq, nə təkzib etdi.

Əhməd Vəliyev Criminal.az-a ilk olaraq bildirdi ki, elə bir hadisə olmayıb. Onun sözlərinə görə, otağından heç bir oğurluq hadisəsi baş verməyib: "Mənim o qədər pulum hardandır. 700 min manatım olsa gedib gəzərdim".

Daha sonra rektor əlavə etdi ki, belə bir hadisənin olmasından xəbərsizdir: "Hansısa cinayətin törədilməsi barədə məlumatım yoxdur. Burda deyildim, olubsa da xəbərzisəm. Amma elə bir hadisə olsaydı mənə xəbər verərdilər".

Bakıda universitet rektoruna qarşı cinayət — milyona yaxın pul oğurlandı

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər