Sabahdan dolların satış qiyməti tənzimlənəcək

yan-10
15:29 2016
Sabahdan dolların satış qiyməti tənzimlənəcək



















Mərkəzi Bank tərəfindən kommersiya banklarına rəsmi məktub göndərilib

Yanvarın 11-dən vətəndaşların banklardan daha aşağı məzənnə ilə ABŞ dolları əldə etməsi mümkün olacaq.

Bu barədə Modern.az saytına kommersiya banklarındakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, bununla bağlı Mərkəzi Bank tərəfindən kommersiya banklarına rəsmi məktub göndərilib.

Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcək. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər.

Bu da o deməkdir ki, həftənin 1-ci günü vətəndaşlar kommersiya banklarından 1.62 manata da ABŞ dolları əldə edə biləcək.

Qeyd edək ki, bir gün öncə paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdir. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi “exchange”lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb. Bu gün paytaxtdakı əksər valyutadəyişmə məntəqələtində 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılıb.

Xatirladaq ki, Mərkəzi Bankın yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər