Namiq Mürsəlov daima işçilərlə birgə ərazidə olaraq görülən işlərə şəxsən özü həmişə nəzarət edir
Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi rayonumuzda ən çox müsbət fəaliyyəti nəzərə çarpan qurumlardan biridir. Vaxtaşırı ağacəkmə aksiyaları, iməcliklər keçirən idarənin əməkdaşları rayonun abadlaşdırılmasında xüsusi rola malikdirlər. Birliyin rəisi Namiq Mürsəlov daima işçilərlə birgə ərazidə olaraq görülən işlərə şəxsən özü həmişə nəzarət edib. Ağsu ərazisində yaşıllıqların qorunması və sahəsinin böyüməsi istiqamətində müsbət işlər görülür. Xeberçi.info olaraq bu gün akademik Zərifə Əliyevə adına parkda ağacəkmə aksiyasında iştirak etdik. Namiq Mürsəlov səhhəti ilə bağlı tədbirdə iştirak etmirdi. Onunla əlaqə yaratdıq və bildirdiki, hazırda səhhətində yaxşıya doğru irəliləmə müşahidə olunur və yaxın zamanda işinin başında olacaq. Bizdə Xeberci.info olaraq canlıların yaşama səbəbi olan oksigen emalçısı yaşıllıqları qoruyan, onları mühafizə edərək sahələrinin çoxalmasına çalışan Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin başda rəisi Namiq Mürsəlov olmaqla bütün işçilərinə bu şərəfli işdə uğurlar arzu edirik.