10:12 2.12.2020 557

Yeni dərsliklər Sinqapur modelli olacaq

Dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur.

"Qafqazinfo" xəbər verir ki, Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Və bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir.

Azərbaycanın təhsil və elm ictimaiyyətinin tanınmış nümayəndələri Sinqapur modelli dərsliklərin hazırlanması təşəbbüsünə müsbət yanaşır və bu təklifin təhsilimizə töhfə verəcəyini söyləyirlər. Onlardan aldığımız rəylər də maraqlıdır.

Professor Rafiq Əliyev deyir ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O, təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq “Təbiət” dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir.

Professor Hamlet İsaxanlının fikrincə, Təhsil institutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq:

“Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”.

Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov hesab edir ki, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləmiş, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: “Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm”.

AMEA-nın dosenti Əfsun Suçayev qeyd edir ki, son illərdə ümumtəhsil şagirdlərinin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində bir trend halını alıb:

"Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü faktora çevrilib. Bu faktor Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm".
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Məktəblərdə ənənəvi təhsilin bərpası xəbərləri ilə bağlı AÇIQLAMA

15:22

Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT

15:03

ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq

14:30

Türkiyənin ən böyük bankı Şuşada filial açır

14:00

Məvaciblər artıb - RƏSMİ

13:55

Əli Hüseynov: Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir

13:30

Vilayət Eyvazov rəisi vəzifədən AZAD ETDİ

12:30

Bakıda qar mənzərələri - VİDEO

12:23

20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı

12:16

Qaz kəsiləcəkmi? - “Azəriqaz”dan VACİB AÇIQLAMA

12:11

Demə, soyuq havada maşını qızdırmaq OLMAZMIŞ - ŞOK FƏSADLAR+VİDEO

12:05

Qar paytaxt sakinlərini yolda qoydu: Avtobus yoxdur... - BNA HARADADIR?

11:40

"Şuşa öz statusuna görə erməni deyil, türkdür" - Paşinyan erməni NAZİRİ SUSDURDU

11:35

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü

10:44

Azərbaycanda bu xəstəliklərin sayı azalıb - SİYAHI

10:37

Dollarla bağlı PİS XƏBƏR

10:33

Bakıda avtobus qəzaya uğradı

10:28

Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ

10:21

Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır - RƏSMİ

09:50

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

09:39

"Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq" - Mikayıl Cabbarov

09:34

Bayden üç quruma müvəqqəti rəhbər təyin etdi

09:20

Ceyhun Bayramovun Türkmənistana səfəri başladı

09:15

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO

09:09

Baydenin andiçməsindən maraqlı anlar - VİDEO

12:33

Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq

11:19

Büstlərin müəllifləri: “Güllələnmiş heykəllərin Şuşaya qaytarılması tarixi hadisədir” - FOTO

11:07

DYP-dən VACİB MƏLUMAT - Bu sürücülər sükan arxasına əyləşməsin

11:01

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

10:32

Vilayət Eyvazovdan yeni təyinat

10:23

Mingəçevirdə arvadını öldürən qısqanc kişiyə HÖKM OXUNUB

10:16

TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

09:46

AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ

09:42

Hirkan Milli Parkında yanğın söndürüldü