09:58 26.11.2020 42

Deputat: “Fransanın hərəkətləri münaqişənin yenidən qızışdırılmasına xidmət edir”

“10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya Federasiyası prezidentinin imzaladığı Bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir və bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur.

Yaranmış yeni vəziyyətdə digər dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir və dözülməzdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Senatın qərarının heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq. Fransa höküməti öz növbətində məlum qərara münasibətini açıqlamalıdır. “Hökümətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökümət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı həm də onun ATƏT-in Minsk Qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq”-deputat qeyd edib.

O əlavə edib ki,10 noyabr tarixində qəbul olunmuş Bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu onun suveren hüququdur. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və : “Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa Respublikası, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökümətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz. Qarabağ Azərbaycandır!”
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Məktəblərdə ənənəvi təhsilin bərpası xəbərləri ilə bağlı AÇIQLAMA

15:22

Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT

15:03

ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq

14:30

Türkiyənin ən böyük bankı Şuşada filial açır

14:00

Məvaciblər artıb - RƏSMİ

13:55

Əli Hüseynov: Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir

13:30

Vilayət Eyvazov rəisi vəzifədən AZAD ETDİ

12:30

Bakıda qar mənzərələri - VİDEO

12:23

20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı

12:16

Qaz kəsiləcəkmi? - “Azəriqaz”dan VACİB AÇIQLAMA

12:11

Demə, soyuq havada maşını qızdırmaq OLMAZMIŞ - ŞOK FƏSADLAR+VİDEO

12:05

Qar paytaxt sakinlərini yolda qoydu: Avtobus yoxdur... - BNA HARADADIR?

11:40

"Şuşa öz statusuna görə erməni deyil, türkdür" - Paşinyan erməni NAZİRİ SUSDURDU

11:35

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü

10:44

Azərbaycanda bu xəstəliklərin sayı azalıb - SİYAHI

10:37

Dollarla bağlı PİS XƏBƏR

10:33

Bakıda avtobus qəzaya uğradı

10:28

Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ

10:21

Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır - RƏSMİ

09:50

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

09:39

"Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq" - Mikayıl Cabbarov

09:34

Bayden üç quruma müvəqqəti rəhbər təyin etdi

09:20

Ceyhun Bayramovun Türkmənistana səfəri başladı

09:15

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO

09:09

Baydenin andiçməsindən maraqlı anlar - VİDEO

12:33

Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq

11:19

Büstlərin müəllifləri: “Güllələnmiş heykəllərin Şuşaya qaytarılması tarixi hadisədir” - FOTO

11:07

DYP-dən VACİB MƏLUMAT - Bu sürücülər sükan arxasına əyləşməsin

11:01

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

10:32

Vilayət Eyvazovdan yeni təyinat

10:23

Mingəçevirdə arvadını öldürən qısqanc kişiyə HÖKM OXUNUB

10:16

TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

09:46

AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ

09:42

Hirkan Milli Parkında yanğın söndürüldü