12:48 25.11.2020 47

Prezident: "Qələbə təkcə Ermənistan üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”

“Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”, - Prezident bildirib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Məktəblərdə ənənəvi təhsilin bərpası xəbərləri ilə bağlı AÇIQLAMA

15:22

Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT

15:03

ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq

14:30

Türkiyənin ən böyük bankı Şuşada filial açır

14:00

Məvaciblər artıb - RƏSMİ

13:55

Əli Hüseynov: Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir

13:30

Vilayət Eyvazov rəisi vəzifədən AZAD ETDİ

12:30

Bakıda qar mənzərələri - VİDEO

12:23

20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı

12:16

Qaz kəsiləcəkmi? - “Azəriqaz”dan VACİB AÇIQLAMA

12:11

Demə, soyuq havada maşını qızdırmaq OLMAZMIŞ - ŞOK FƏSADLAR+VİDEO

12:05

Qar paytaxt sakinlərini yolda qoydu: Avtobus yoxdur... - BNA HARADADIR?

11:40

"Şuşa öz statusuna görə erməni deyil, türkdür" - Paşinyan erməni NAZİRİ SUSDURDU

11:35

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü

10:44

Azərbaycanda bu xəstəliklərin sayı azalıb - SİYAHI

10:37

Dollarla bağlı PİS XƏBƏR

10:33

Bakıda avtobus qəzaya uğradı

10:28

Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ

10:21

Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır - RƏSMİ

09:50

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

09:39

"Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq" - Mikayıl Cabbarov

09:34

Bayden üç quruma müvəqqəti rəhbər təyin etdi

09:20

Ceyhun Bayramovun Türkmənistana səfəri başladı

09:15

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO

09:09

Baydenin andiçməsindən maraqlı anlar - VİDEO

12:33

Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq

11:19

Büstlərin müəllifləri: “Güllələnmiş heykəllərin Şuşaya qaytarılması tarixi hadisədir” - FOTO

11:07

DYP-dən VACİB MƏLUMAT - Bu sürücülər sükan arxasına əyləşməsin

11:01

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

10:32

Vilayət Eyvazovdan yeni təyinat

10:23

Mingəçevirdə arvadını öldürən qısqanc kişiyə HÖKM OXUNUB

10:16

TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

09:46

AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ

09:42

Hirkan Milli Parkında yanğın söndürüldü