21:01 30.10.2020 53

Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri

Azərbaycan dövləti torpaqları işğaldan azad edir. Azərbaycan əsgərinin ayağı dəyən torpaqların sakinləri də yaxın zamanda öz yurd-yuvalarına qayıdacaq. Ərazilərdə Azərbaycan hakimiyyəti də bərpa olunur. Bu məqsədlə Prezident İlham Əliyev oktyabrın 29-da fərman verib. Həmin sənədlər barədə qısa məlumatı diqqətiniz çatdırırıq.
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana əsasən, inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Komendantlıq Azərbaycan hakimiyyətinin yerli qurumu olaraq fəaliyyət göstərəcək. İşğaldan azad edilmiş rayonlarda yerli idarəetmə onlara məxsusdur. Fərmana uyğun olaraq, həmin ərazilərdə dövlətin bütün strukturlarının bərpası nəzərdə tutulub.

Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri


Sənəddə müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri açıqlanıb. Onlar mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanmasını, inventarlaşdırmanı, kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılmasını, saxlanılmasını, aşkar edilmiş sənədlərin uçotunun aparılmasını və sonrakı təhlil üçün mühafizəsini, hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təşkil edirlər. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə vəzifələrini yerinə yetirirlər. İşğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Fərmana əsasən, əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib: Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, yerli icra hakimiyyəti orqanları.

Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri


Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkil edilməsi də nəzərdə tutulub. Sənədə əsasən, bu işlər Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçiriləcək. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə zəruri rabitə şəbəkəsinin qurulması, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunması nəzərdə tutulub. “Azərkosmos” ASC isə həmin ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur da qurulacaq. “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcəklər. Eyni zamanda işğaldan azad edilən ərazilər əkinçilik üçün də yararlı torpaqlardır. Bu məqsədlə həmin ərazilərdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi nəzərdə tutulub.

Bu fərman əsasən Azərbaycan işğal edilmiş ərazlilərdə suveren hüquqlarını bərpa edir. Komendantlıq sakinlər yurdlarına qayıtması üçün bütün hazırlıq işlərini həyata keçirəcək. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk qayıdış 2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi işğaldan azad edildikdən sonra başladı. Bu, ilk qayıdış idi. Hərbi strateji əhəmiyyətə malik olan Lələtəpə 1994-cü il fevralın 11-12-də qızğın döyüşlər gedən ərazilərdən biri olub. Bu ərazinin azadlığı digər torpaqların da ermənilərdən təmizlənməsi üçün təkan verdi. İndi o yerlərə həyat qayıdıb.

Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri


Azərbaycan ordusu işğal altında olan digər torpaqları da düşmənin tapdağından xilas edir. Prezidentin fərmanı həmin ərazilərə həyatın qayıdışından xəbər verir. Fərman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının təsdiqlənməsi baxımından mühüm sənəddir. Bu həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və həmin ərazilərdə suveren hüquqlarının bərpasının dünyaya bəyan edilməsi deməkdir. Fərmandan da göründüyü kimi, işğaldan təmizlənən ərazilərdə görüləcək çox işlər var. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra oradakı yaşayış evlərini və hökumət binalarını da dağıdıb. 30 il ərzində ermənilər həmin ərazilərdə yalnız hərbi obyektlər – istehkamlar, səngərlər, kazarmalar tikiblər. Odur ki, sənədə uyğun olaraq, işğaldan azd edilən torpaqlarda genişmiqyaslı tikinti işlərinin görüləcəyi nəzərdə tutulur. Prezidentin fərmanları torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha sübut edir. Dövlət başçısı imzaladığı fərmanla işğaldan qurtulan Qarabağda quruculuq işlərinin başladığını bəyan edib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:31

Şəhidimizin hərbçi dostları bu dəfə onun üçün “Vətən yaxşıdır” dedilər - VİDEO

14:08

İslam ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib - FOTO

14:02

Daxili İşlər naziri Elşad Hacıyevə yüksək vəzifə verdi

13:48

Türkiyəni vurmaq üçün Azərbaycanı qurban seçdilər - Müharibə indi başlayır

13:42

Qar yağacaq, 8 dərəcə şaxta olacaq

13:37

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər HƏR KƏSİ KÖVRƏLTDİ - VİDEO

12:37

Cənnətdən bir guşə: Nazirlik Kəlbəcərin çayları və gölləri ilə bağlı hərəkətə keçdi - RƏSMİ

12:32

Azərbaycanın “yaşıl aptek”i Kəlbəcərin səhiyyə STATİSTİKASI

12:26

Erməni vandalizmi yenə özünü göstərdi: Bu dəfə Laçını yandırırlar - FOTO

12:21

Qusar qəhrəman oğullarını belə qarşıladı - FOTOLAR

11:59

Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

11:54

Milli Məclis Senata cavab olaraq bəyanat qəbul edib - Hökumətə tövsiyə

11:51

Kəlbəcərdə rus sülhməramlılarla Azərbaycan hərbçiləri görüşdü - VİDEO

11:42

Baş konsul: "Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz"

11:37

"Fransa kimi ölkələr işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymur” - Sahibə Qafarova

11:32

Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırdı - RƏSMİ

11:27

Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib

11:21

Fəzail İbrahimli: “Azərbaycanla kağız dilində danışmaq olmaz”

11:08

Bu gün SMS icazə bərpa olunacaq? - MİLLƏT VƏKİLİ AÇIQLADI

11:04

Yad kişi ilə FOTOLARINI tapdı, həyat yoldaşına 18 bıçaq vurdu-SUMQAYITDAKI QƏTLİN TƏFƏRRÜATI

10:05

Paytaxt sakini qətlə yetirilib

10:02

Ermənistan müxalifəti Paşinyanın istefası üçün hərbi vəziyyəti ləğv etdirmək istəyir

09:58

Deputat: “Fransanın hərəkətləri münaqişənin yenidən qızışdırılmasına xidmət edir”

09:54

Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq

09:50

Bu gün Milli Məclisin iclası keçiriləcək

09:23

Moskvada terror planlaşdıran İŞİD üzvləri ələ keçdi - VİDEO

09:19

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı

09:15

Karantin qaydalarını pozan təmir məntəqələri aşkarlandı

08:56

Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir

08:51

"Qarabağ" - "Sivasspor" oyununda 1 dəqiqəlik sükut olacaq

08:48

“Aminlə danışanda hər şeyin yaxşı olduğunu deyirdi” - VİDEO

08:43

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi

19:21

Kamil Zeynallı ölümdən döndü - Olduğu əraziyə raket düşdü

13:36

Sabah hava necə olacaq? - AÇIQLAMA