20:54 28.10.2020 67

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.

Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər.

Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.

Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.

Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.

Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.

Seyid Abbas Əraqçi deyib:

- Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm.

Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm.

Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:27

Azərbaycan nefti bahalaşır

13:22

Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir

13:12

İcra başçısı: "Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”

13:08

DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

13:03

“Biz geri dönəcəyik...” - Laçının Zabux kəndindəki silahlı erməni qadın - VİDEO

12:56

Hikmət Hacıyev: "Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir"

12:52

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırıldı - VİDEO

12:46

Paşinyana 2 gün vaxt verildi

12:42

İstisu qəsəbəsindən görüntülər

12:37

Biləsuvarda şəhid dəfn edildi - FOTO

12:31

Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO

12:26

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama

12:22

Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

12:17

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO

12:10

Prezidentin köməkçisi: "Tonayan cinayət əməllərinə görə cavab verməlidir"

11:58

Ermənistan prezidenti Rusiyaya gedib

11:53

İgid qazimiz keçdiyi döyüş yolundan danışdır - VİDEO

19:00

Sabahın havası: yağış, qar

18:19

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixlərdə küçəyə çıxmayın

13:38

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO

13:25

Türkiyədə zəlzələ: İnsanlar küçələrə axışdı - VİDEO

13:06

Erməni generaldan etiraflar: “PUA görəndə məni atıb qaçdılar”

13:02

Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA

12:57

Şuşada əsgərlərimizin düşmənlə üzbəüz döyüşü - YENİ VİDEO

12:17

Rüstəm Zaidoğlu: Ağsunun icra başçısı vəfat etməyib

11:17

Dağlıq Qarabağda 150-yə yaxın partlayıcı zərərsizləşdirildi - VİDEO

11:10

Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO

11:04

Azərbaycanda sərt qadağalar geri qayıdır - Yoluxma sürətlə artır və...

10:52

Tələbə bu görüntüyə görə universitetdən qovuldu - VİDEO

10:47

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

10:25

Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO

10:19

Deputat: Ağsunun icra başçısı vəfat etməyib - FOTO

09:51

Erməni işğalından azad edilən İstisu - VİDEO

09:44

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! — VİDEO