09:12 26.10.2020 43

Türkiyə Prezidentinin baş müşaviri: “Azərbaycan Ordusu işğalçıları iti qovan kimi qovur”

Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir
Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazımı dərs verir:

“Azərbaycan Ordusu ölkənin işğal olunmuş torpaqlarının hər qarışını geri ala bilir, öz problemini özü həll edir və işğalçıları iti qovan kimi qovur”.

O əlavə edib ki, Ermənistanın Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması haqda iddialarının məqsədyönlü dezinformasiya olduğunun şahidi olduq.

“Bu dezinformasiya və qarayaxma kampaniyasının qaynağı bəllidir. Türkiyənin qardaş Azərbaycana dəstək verməsi üçün qardaş dövlətin ərazisində hərbi baza qurmasına və hər hansı xüsusi razılaşmaya ehtiyac yoxdur”.

Y.Topçu onu da əlavə edib ki, pandemiya olmasına baxmayaraq, bu il ərzində Azərbaycan və Türkiyə orduları 10-dan çox birgə hərbi təlim keçiriblər.

Türkiyə Prezidentinin baş müşaviri qeyd edib ki , Ermənistanın ASALA-PKK-YPG terror təşkilatlarından aldığı dəstəklə Azərbaycanın şəhərlərini raket atəşinə tutması bu ölkənin beynəlxalq hüququ heçə sayaraq insanlıq əleyhinə cinayət işlədiyini göstərir.

“Azərbaycan beynəlxalq hüquqa arxalanaraq müdafiə haqqına sahib olmaqla xalqını və ərazi bütövlüyünü qorumaq əzmini tam bir şəkildə ortaya qoyub. Şanlı Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində, BMT TŞ-nin qərarlarının tələbinə uyğun olaraq vətən torpaqlarının işğalına son qoymaq üçün mərd şəkildə mübarizə aparır”.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasında əsas hədəf Azərbaycanı eyni addıma təhrik etməkdir:

“İşğalçı Ermənistan bu müharibədə tək qalib gələ bilməyəcəyini çox yaxşı bilir, xidmət etdiyi qüvvələrə və erməni diasporuna fayda gətirmək üçün hər cür haqsızlıq, qanunsuzluq və terrora əl atır.

“Türkiyə və Azərbaycan ayrı beşiklərdə böyümüş bir ananın iki əkiz övladıdır. Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Eyni zamanda ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Bir millət , iki dövlətik”.

Y.Topçu bildirib ki, Türkiyənin öz torpaqları xaricində ən çox şəhid verdiyi torpaq Azərbaycandır:
“İki qardaş ölkə xalqları arasındakı bütün münasibətlər tarixdir, əbədidir və eyni zamanda misilsizdir”.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:09

Cənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start verildi - VİDEO

14:04

Sabah hava necə olacaq? - AÇIQLAMA

13:58

Laçınlılar Laçın şəhərinə nə vaxt qayıda biləcək?

13:52

Müdafiə Nazirliyi Kəlbəcərin Zod qızıl yatağının görüntülərini yaydı - VİDEO

13:45

Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

13:37

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ AÇIQLAMA

13:31

Azərbaycanda Anım Günü təsis edildi - SƏRƏNCAM

13:27

Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

13:23

Operativ Qərargah koronavirusla bağlı brifinq keçirir - CANLI YAYIM

11:08

Koronavirusa tutulanlara bu dərmanlar yazılır - VİDEO

11:02

Ancaq kişiləri öldürən məxluq insanları çaş-baş qoyub

10:48

Bakı polisinə yeni rəis müavini təyin edildi

10:36

Qarabağda Türkiyə ilə birgə Yüksək Texnologiyalar Parkı yaradılacaq

10:32

Türk alimlərin vaksini İngiltərədə istifadə icazəsi aldı

10:23

Dünyada 500 jurnalist koronavirusdan ölüb

10:19

“Qarabağ” İstanbula yollandı

10:15

“ABŞ İranla nüvə anlaşmasına qayıtmağa hazırdır” - Bayden

10:12

Yeni dərsliklər Sinqapur modelli olacaq

10:02

19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO

09:57

XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi

09:44

Sumqayıtda mənzildə qadın meyiti tapılıb

09:41

Azərbaycanda güclü yanğın: ölən və yaralanan var

09:35

Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi Peru mətbuatında

09:31

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad olundu

09:27

DANX: İri şəhərlərdən Qarabağa sərnişindaşıma marşrutu təşkil ediləcək

09:13

Şirvanda avtomobil piyadanı vurub öldürdü - Sürücü hadisə yerindən qaçdı

09:09

Rəşad Sadıqov "Zirə"ni koronavirusa görə təcrid etdi

09:05

Qalib Azərbaycan əsgərlərinin rəqsi - VİDEO

09:01

Bu ölkə xarici vətəndaşlara sərhədlərini bağladı

08:57

İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu

08:53

Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO

20:00

Sabah hava necə olacaq?

14:14

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

14:09

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - SƏRƏNCAM