13:42 20.10.2020 43

Ermənistan SOCAR – “Transneft” birgə layihəsini hədəfə aldı

Ermənistan ordusu yenə də Azərbaycandan keçən boru kəmərlərini hədəfə götürüb. Belə hərəkətlərdə məntiq axtarmaq əbəsdir. Sadəcə, Azərbaycan iqtisadiyyatına və beynəlxalq nüfuzuna hansısa formada ziyan vurmaq istəmələrini ehtimal etmək olar. Bunlar öz yerində, amma Bakı – Novorossiysk neft kəmərinə də təhdid yaradaraq başlıca iqtisadi və siyasi tərəfdaşları olan Rusiyanın mənafeyinə zərər vurmaları başa düşülən deyil.
Bakı – Novorossiysk neft kəmərini Azərbaycan – Rusiya iqtisadi münasibətlərinin bir növ rəmzi olaraq dəyərləndirmək olar. Hələ 2014-cü ildə bu boru kəmərini gəlirsiz olduğu üçün dövriyyədən çıxartmaq məsələsi gündəmə gəlmişdi. Belə ki, 1996-cı ildə həmin kəmərlə ildə 5 milyon tonadək Azərbaycan neftinin tonu 15,67 ABŞ dollardan hesablamaqla nəqli barədə müqavilə imzalanmışdı. Lakin Rusiya ərazisinə neft nəqlini həyata keçirən “Transneft” dövlət şirkəti bu şərtləri bəyənmədi və tarifləri nəql olunan neftin həcminə görə təyin etmək təklifini irəli sürdü. Bu da SOCAR-a sərf etmirdi, çünki Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin də işə düşməsinə az qalırdı, üstəlik Bakı – Supsa kimi xeyli sərfəli xətt də fəaliyyətdə idi. Belə olan halda 2013-cü ildə Bakı – Novorossiysk kəmərilə neft nəqli müqaviləsi dayandırıldı. Buna baxmayaraq, tərəflər dil tapa bildi, kəmər 2015-ci ilədək işlədi. Yəni bu kəmər iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrini qoruyub saxlamağın mühüm amili, iqtisadi tərəfdaşlığı davam etmək istiqamətindəki qarşılıqlı iradənin rəmzi kimi əhəmiyyət kəsb edirdi.

Bütün bunlarla yanaşı, həmin kəmərdən neft nəqlinin həcmi azalmağa davam edir. Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Bakı – Novorossiysk xəttindən 824,4 min ton, yəni əvvəlki ilə nisbətən 36,5 faiz az neft ixrac olunub. Bu ilin əvvəlindən isə SOCAR bu kəmərdən neft nəqlini dayandıraraq burada təmir-profilaktik işlərin aparılacağını açıqladı. Odur ki, neftin tam həcmi BTC-yə yönəldildi. Novorosiysk xəttinin yenidən işə salındığı iyulun 17-də isə Ermənistan ordusu Tovuz rayonu istiqamətində, yəni Bakı – Supsa və BTC kəmərlərinin keçdiyi ərazilərin bilavasitə yaxınlığında növbəti hərbi təxribata başlamışdı. O vaxtdan Bakı – Novorossiyskdən 278,91 ton neft ixrac olunub.

Son günlər hərb meydanından 300 kilometrdən artıq məsafədə yerləşən Xızı ətrafına belə raket buraxan Ermənistan tərəfi bununla görünür, Azərbaycanın bütün enerji xətlərini istədiyi an vura biləcəyini çatdırmaq istəyib. Lakin bir şeyi unutdular – bütün bu boru kəmərləri beynəlxalq layihələrdir, onların hansısa birini sıradan çıxartmaqla Azərbaycanla yanaşı, bizim neftin müştərisi olan tərəfdaş ölkələrə də mühüm ziyan vurmuş olacaqlar.

“Dünən Ermənistanın atdığı raket Bakı – Novorosiysk boru kəmərinin 250 metrliyində zərərsizləşdirilib. BTC və Cənub Qaz Dəhlizindən sonra, bu, bir çox ölkələrin enerji təhlükəsizliyini təhdid yaratmağa yönələn daha bir cəhddir...” – SOCAR “Twitter” səhifəsində bildirib.

Təbii ki, Ermənistanın bu yöndəki bütün cəhdləri nəticəsiz qalır, tərəfdaşlarımız layihənin icrasından geri çəkilmir, üstəlik etibarlı tərəfdaş kimi uzun müddətdir tanıdıqları Azərbaycanı hərtərəfli dəstəkləməyə davam edirlər. Məsələn, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regional direktoru Qari Cons Baş Nazir Əli Əsədova yazdığı məktubda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığımız mübarizəyə dəstək ifadə olunur. “Azərbaycan üçün ayrı əhəmiyyət daşıyan bu dövrdə neft və qazın cari hasilatı və fasiləsiz nəqlini təmin etmək üçün BP işçiləri əlindən gələn səyləri əsirgəmirlər”, – məktubda vurğulanır.

Yəqin ki, Bakı – Novorosiysk kəmərinə zərbə endirməyə davranmaqla Ermənistan nə SOCAR-ı, nə də “Transneft”i qorxuda bilər. Əksinə, Ermənistan bununla dost, tərəfdaş saymadığını, hətta mütəmadi olaraq kömək aldıqları, qanadının altına sığındıqları Rusiyanın belə mənafeyini öz işğalçılıq məqsədlərindən aşağı tutduğunu bir daha əyani göstərmiş oldu.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:44

Sumqayıtda mənzildə qadın meyiti tapılıb

09:41

Azərbaycanda güclü yanğın: ölən və yaralanan var

09:35

Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi Peru mətbuatında

09:31

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad olundu

09:27

DANX: İri şəhərlərdən Qarabağa sərnişindaşıma marşrutu təşkil ediləcək

09:13

Şirvanda avtomobil piyadanı vurub öldürdü - Sürücü hadisə yerindən qaçdı

09:09

Rəşad Sadıqov "Zirə"ni koronavirusa görə təcrid etdi

09:05

Qalib Azərbaycan əsgərlərinin rəqsi - VİDEO

09:01

Bu ölkə xarici vətəndaşlara sərhədlərini bağladı

08:57

İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu

08:53

Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO

20:00

Sabah hava necə olacaq?

14:14

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

14:09

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - SƏRƏNCAM

14:04

Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqladı

14:00

Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

13:55

“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki...” – Məhəbbət Kazımovun oğlu

13:50

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO

12:25

Prezident Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizindən danışdı

12:21

İlham Əliyev: "Bütün dünyaya göstəririk ki, biz böyük xalqıq"

12:17

Dövlət başçısı: "5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik"

12:13

Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"

12:09

Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb

12:05

Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"

12:02

Çak Norrisdən Azərbaycanla bağlı açıqlama: “Qarabağ, sən indi xoşbəxtsən” - VİDEO

11:58

Doğma Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar

11:42

Azərbaycanda koronavirusla bağlı təhlükəli vəziyyət - Sərt qərarlar verilə bilər - VİDEO

11:38

Ali Baş Komandan: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"

11:34

Dövlət başçısı: “Biz Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”

11:31

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”

11:27

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM

11:14

Ağsu Rayon Mərkəzi Xəstəxanasıda virusla mübarizə sahəsində ciddi işlər görür

10:36

Prezident İlham Əliyev xalqa müraciət edib

10:32

Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi - FOTO