Məşhur müğənni Natali Koul dünyasını dəyişdi

yan-02
11:39 2016
Məşhur müğənni Natali Koul dünyasını dəyişdi


























O uzun müddət narkotik asılılıqla mübarizə aparırdı

Los-Ancelesdə “Qremmi” mükafatının 9 qat qalibi Natali Koul dünyasını dəyişib.

Bu barədə Associated Press nəşri xəbər verir.

Məşhur caz ifaçısı Net Kinqin qızı 65 yaşlı Natali Koul dekabrın 31-də vəfat edib. Onun ölümünün səbəbləri açıqlanmır.

Məlumdur ki, müğənni uzun müddət narkotik asılılıqla mübarizə aparırdı.

Natali Koulun ümumilikdə 13 albomu işıq üzü görüb.

Onun atası Net Kinq 1940-cı illərin ortalarında şöhrət qazanıb. O ABŞ-da böyük populyarlıq qazanan ilk qaradərili müsiqiçilərdən biri olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər