“Prezident əmr verdi, bir neçə saata 7 kəndi aldıq”

sen-28
13:40 2020
“Mən özüm Ağdam rayonundanam. O səsi Qarabağda qazanmışam. 30 ildir bu həsrəti gözləyirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov son günlər cəbhədə baş verən erməni təxribatına münasibət bildirərkən deyib. O bildirib ki, ermənilər dinc əhaliyə qarşı təxribat törətməklə heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan ordusu layiqincə cavab verəcək:

“Mən Ali Baş Komandanımızın əmrini gözləmişəm. Əmr versin və ordumuz hücuma keçsin. Mən hər yerdə Qarabağ adı ilə çıxış edirəm. Mənim silahım səsimdir. Biz dünyaya sülhsevərliyimizi bildirmişik. Biz ermənidən torpaq istəmirik. Ermənilər dünən təkrar təxribat törətdilər. Prezident əmr verdi, ordumuz əks hücuma keçdi. Bir neçə saat içində 7 kəndi aldıq.

Bizim qüdrətli ordumuz var. Biz ordumuzdan qələbə xəbəri gözlədiyimiz qədər, xalqımızdan dözüm gözləyirik. Mənim üçün ən böyük hədiyyə torpaqlarımızın azad edilməsi ola bilər. Düşünürəm ki, ordumuz zəfər çalacaq. Biz həsrətlə o günü gözləyirik. Azərbaycan əsgəri, hamımız sənin arxandayıq. Xalqımızı bir olmağa çağırıram. Lazımsız xəbərləri yaymasınlar. Rəsmi olan xəbərlərə inansınlar”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər