Generallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLAR

sen-26
13:14 2020
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bununla bağlı məlumat Müdafiə Nazirliyi yayıb.

Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Hərbi qulluqçularla görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.

K.Əliyev hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib.
Sonra hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında onları maraqlandıran suallar cavablandırılıb.

Generallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLARGenerallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLARGenerallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLARGenerallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLARGenerallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLAR

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər