"Qapalı şəraitdə toy etmək olar" - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI

sen-25
14:10 2020
Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.

Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:

"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.

Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir. Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır. Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir.

Amma toyların keçirilməsi icazəsiylə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?! Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə bəlkə də az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər