Qubada 19 yaşlı gənc atasını qətlə yetirib-MƏHKƏMƏ

sen-23
13:45 2020
Qubada atasını qətlə yetirməkdə təqsirli bilinən Mətləb Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il Qubanın Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Saxlanılan Mətləb Şükürova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər