Sürücü avtobusa maskasız minən sərnişini bıçaqladı - VİDEO

sen-23
11:00 2020
Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb.
"Ölkə.Az" ucnoqta.az-a istinadən xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.

İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava yaşanıb. Bu əsanda İzzət Ç. üzərində gəzdirdiyi bıçaqla, Savaş B.-ni qoluna və kürəyinə zərbələr endirib. Yaralanan Savaş B. avtobusdan enərək dayanacağa yıxılıb.

Digər sərnişinlərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.

Xəsarət alan Savaş B., təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü İzzət Ç. isə, polis əməkdaşları tərəfindən həbs edilərək bölməyə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər