“YouTube” şəbəkəsinin “KANAL 13” internet televiziyasında Ağsu rayonunun Kalva sakini Şamil Hacıyevin müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B

sen-23
10:28 2020
“YouTube” şəbəkəsinin “KANAL 13” internet televiziyasında yayımladığınız 18.09.2020-ci il tarixli video-informasiyada Ağsu rayonunun Kalva kənd sakini Hacıyev Şamil Hikmət oğlu çıxış edərək 05.02.2019-cu ildə baş vermiş zəlzələdən sonra yaşadığı fərdi yaşayış evinə dəyən ziyanla əlaqədar etdiyi müraciətlərə baxılmadığından şikayətlənmiş və evin yenidən tikilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Video-müraciət tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, Ş.Hacıyevin Ağsu rayonunun Kalva kəndində yaşadığı evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və bərpa-gücləndirmə işlərinə ehtiyacı olan ev kimi qeydə alınmışdır. Fərdi yaşayış evi Ş.Hacıyevin anası, Hacıyeva Dilşad Novruz qızının adına rəsmiləşdirilmişdir.
FHN-dən rayon icra hakimiyyətinə daxil olmuş məlumata əsasən sözügedən evə kənar müdaxilə olunmuş və onların müraciətləri əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təhqiqat aparılmışdır. Yaxın vaxt ərzində evdə bərpa-gücləndirmə işlərinə başlanılması nəzərdə tutulur. Ş.Hacıyev bu məsələ ilə əlaqədar daha dəqiq məlumat əldə edilməsi üçün FHN-nin müvafiq qurumlarına müraciət etməlidir.
Bildiririk ki, zəlzələdən evinə dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi barədə Dilşad Hacıyevanın Ağsu Rayon İcra Hakimiyyətinə ötən il daxil olmuş ərizəsinə baxılmış və ona 28.08.2019-cu il tarixdə qanunamüvafiq cavab verilmişdir.
Göstərilənləri nəzərə alaraq “Youtube” şəbəkəsinin “KANAL 13” internet televiziyasında yayımladığınız video-informasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər