Deputat da “Pikap”ların yığılmasından danışdı

sen-23
09:04 2020
Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlara məxsus “Pikap” ban növlü avtomobillərin səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, pikapların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:

“Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var. Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər